DÜNYA


Gürcüstan yaxın günlərdə bir milyon dozadan çox vaksin alacaq

Tbilisi, 25 iyun, AZƏRTAC

“Yaxın günlərdə Gürcüstan bir milyon dozadan çox vaksin alacaq”.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili parlamentdəki çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, aparılan danışıqlar uğurla başa çatıb və Gürcüstan bu günlərdə bir milyon doza “Pfizer” vaksini alacaq.

Eyni zamanda, bir milyon doza həcmində “Sinofarm”, “Sinovac”, eləcə də 700 min doza “Novovax” vaksini alınacaq.

Ümumilikdə isə ilin sonunadək Gürcüstan 4 milyon doza vaksin tədarük edəcək və əhalinin 60 faizi peyvənd olunacaq”, - deyə Qaribaşvili vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.