DÜNYA


Gürcüstanda 492 nəfər Böyük Vətən müharibəsi veteranı var

Tbilisi, 8 may, AZƏRTAC

Son bir ildə Gürcüstanda Böyük Vətən müharibəsi veteranlarının sayı xeyli azalıb. 2018-ci ilin mayından 181 veteran dünyasını dəyişib. Onlardan 5-i azərbaycanlıdır.

Bu barədə AZƏRTAC-a Gürcüstanın Veteranların İşi üzrə Dövlət Xidmətindən məlumat verilib.

Xidmətdən bildiriblər ki, hazırda Gürcüstanda 492 nəfər Böyük Vətən müharibəsi veteranı var. Onlardan 99-u qadındır. Veteranların 8-i azərbaycanlıdır.

Müharibədə 700 mindən çox Gürcüstan vətəndaşı iştirak edib. Ölkə əhalisinin 10 faizi müharibədə həlak olub.

Böyük Vətən müharibəsi veteranlarının sayı 2016-cı ildə 1200 nəfər olub. 2017-ci il mayın 9-na onların sayı 948, ötən il mayın 9-na 676 nəfər təşkil edib.

Gürcüstan hökuməti bu il müharibə veteranlarına 600 lari (təqribən 222 ABŞ dolları) məbləğində birdəfəlik yardım edib. Ölkədə müharibə veteranları səhiyyə, nəqliyyat, məhkəmə və digər sahələrdə müəyyən hüquqlara və güzəştlərə malikdirlər.

Dövlət xidmətindən bildiriblər ki, Böyük Vətən müharibəsində döyüşən Gürcüstan azərbaycanlılarının sayı 200 nəfərdən çox olub.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.