DÜNYA


Gürcüstanda əhalinin təbii artımı xeyli azalıb

Tbilisi, 13 oktyabr, AZƏRTAC

Gürcüstanda əhalinin təbii artım tempi aşağıdır. 2020-ci ildə 46 min 520 uşaq dünyaya gəlib. AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsindən məlumat verilib.

Qurumun hesabatında bildirilir ki, 46 min 520 uşaqdan 24 min 289-u oğlan, 22 min 231-i qızdır. Bu göstərici 2019-cu illə müqayisədə 3,7 faiz azdır.

Qeyd edilir ki, son beş ildə ümumi doğum nisbəti azalmaqdadır.

Hesabatda bildirilir ki, 2020-ci ildə ölənlərin sayı 2019-cu illə müqayisədə 8,3 faiz artaraq 50 537 nəfər təşkil edib. Onların da 26 min 211 nəfər kişi, 24 min 326 nəfər qadındır.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.