DÜNYA
Gürcüstanda keçirilən prezident seçkilərində səslərin təqribən 87 faizi hesablanıb
Tbilisi, 29 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də Gürcüstanda keçirilən prezident seçkilərində səslərin 87 faizi hesablanıb. Qalan səslərin hesablanması prosesi davam edir.
AZƏRTAC xəbər verir ki, bu məlumatı, Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamara Jivaniya verib.
MSK sədrinin sözlərinə görə, son hesablamalardan sonra müstəqil namizəd Salome Zurabişvili ilə müxalifətdən olan namizəd Qriqol Vaşadze arasında səs fərqi çox azdır.
Məlumata görə, Salome Zurabişvili səslərin 40,05 faizini, Qriqol Vaşadze 37,93 faizini, David Bakradze isə 10,83 faizini toplayıblar.
Digər namizədlərin səs faizi isə çox aşağıdır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]