DÜNYA


Gürcüstanda koronavirusa yeni yoluxanların 80 faizində “delta" ştamı aşkarlanıb

Tbilisi, 5 avqust, AZƏRTAC

Gürcüstanda koronavirusa yeni yoluxanların 80 faizində “delta” ştamı aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbərinin müavini Paata İmnadze məlumat verib.

Onun sözlərinə görə, "delta” ştamına yoluxma ən çox Tbilisi və Batumidə qeydə alınıb.

Qeyd edək ki, son sutka ərzində Gürcüstanda 3670 nəfərdə koronavirus aşkar olunub.

Son 24 saatda daha 38 nəfər pandemiyanın qurbanı olub.

Bununla da, Gürcüstanda COVID-19-a yoluxanların ümumi sayı 436 min 573-ə, ölənlərin ümumi sayı isə 5986-ya çatıb.

Hazırda ölkədə 37 min 108 nəfər aktiv koronavirus xəstəsi var.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.