DÜNYA
Gürcüstanda koronavirusa yoluxanların sayı 70 minə çatır
Tbilisi, 12 noyabr, AZƏRTAC
Gürcüstanda COVID-19 virusuna yoluxanların sayı 70 minə çatır. Son sutka ərzində ölkədə daha 3 min 120 nəfərdə koronavirus təsdiqlənib.
Koronavirusa yoluxmuş 2 min 358 nəfər sağalaraq evə buraxılıb, 33 pasiyent isə pandemiyanın qurbanı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında məlumat yerləşdirilib.
Bildirilir ki, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 69 min 681 nəfərə çatıb. Onların 52 169-u sağalıb, 599-u isə ölüb.
Hazırda ölkədə karantində 2 min 506, stasionar nəzarətdə 4 918 nəfər var. Asimptomatik əlamətli 3 min 311 xəstə isə xüsusi otellərdə nəzarətdə saxlanılır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]