DÜNYA


Gürcüstanda koronavirusla əlaqədar bir sıra qadağalar sərtləşdirilib

Tbilisi, 5 iyul, AZƏRTAC

Gürcüstanda koronavirus pandemiyası ilə əlaqədar bir sıra qadağalar sərtləşdirilib.

AZƏRTAC xəbər verir ki, Gürcüstan hökuməti və epidemioloqlar əhalinin qadağalara ciddi riayət etməyə çağırıblar.

Hazırda Gürcüstanda qapalı məkanlarda, ictimai yerlərdə, ofis və mağazalarda tibbi maska taxmaq və sosial məsafə saxlamaq məcburidir.

Eyni zamanda, ictimai nəqliyyatda kondisionerlərin və digər soyuducu vasitələrin quraşdırılması, habelə maskasız ictimai nəqliyyata əyləşmək, qapalı məkanlarda mədəni kütləvi və idman tədbirlərinin keçirilməsi, 10 nəfərdən artıq adamın iştirakı ilə ənənəvi tədbirlərin (toy, nişan, hüzur, yubiley və s.) keçirilməsi qəti qadağandır.

Bundan başqa ölkədə təhsil prosesi məsafədən idarə olunmaqla onlayn keçirilir, kazino və totalizatorların fəaliyyəti də qadağan olunub.

Taksi sürücüləri hökmən maska geyinməli, iki nəfərdən artıq sərnişin götürə bilməzlər. Sərnişinlər isə arxa oturacaqlarda oturmalıdır.

Bu qaydaları pozan fiziki və hüquqi şəxsləri ciddi cəzalar gözləyir. Qaydaları təkrar pozan şəxslər isə hətta azadlıqdan məhrum edilə bilərlər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.