DÜNYA


Gürcüstanda son sutka ərzində daha 265 nəfərdə koronavirus aşkarlanıb

Tbilisi, 25 sentyabr, AZƏRTAC

Gürcüstanda COVID-19 virusu daha sürətlə yayılmağa başlayıb. Son sutka ərzində ölkədə daha 265 nəfərdə koronavirus aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında yerləşdirilib.

Bildirilir ki, bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 4664 nəfərə çatıb.

Daha 41 nəfər Gürcüstan vətəndaşı müalicə üçün xarici ölkələrdən Tbilisiyə gətirilib.

Pandemiya qurbanlarının sayı isə 26 nəfərə çatıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.