CƏMİYYƏT


Gürcüstanda ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçiriləcək

Tbilisi, 7 may, AZƏRTAC

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Gürcüstanda silsilə tədbirlər keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Azərbaycanın Gürcüstandakı səfirliyi silsilə tədbirlər planı hazırlayıb.

Səfirlikdən bildirilib ki, plana əsasən, mayın 9-da Marneuli rayonunda ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan Gürcüstanın Kvemo-Kartli regionunu əhatə edən sərbəst güləş üzrə Dostluq Turniri başlayacaq.

Mayın 10-da isə Ulu Öndərin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Gürcüstanın yeniyetmə və gəncləri arasında Şahmat turnirinin açılış mərasimi olacaq. Eyni zamanda, Tbilisinin mərkəzində və Rustavi şəhərindəki onun abidələri ziyarət ediləcək.

Bundan başqa, Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş sərgi açılacaq.

Mayın 11-də həmçinin Tbilisidəki Yeni Voleybol Arenasında Ulu Öndərin xatirəsinı həsr olunmuş Gürcüstan və Azərbaycanın kişilərdən ibarət voleybol üzrə milli komandalarının dostluq görüşü təşkil olunacaq.

Sonda sərbəst güləş, şahmat və voleybol yarışlarının qalibləri və iştirakçılarına diplom və xatirə hədiyyələri təqdim ediləcək.

Tədbirlərdə səfir Faiq Quliyevlə yanaşı, Gürcüstan parlamentinin deputatları Savalan Mirzəyev, Zaur Darğallı, Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Şota Rexviaşvili, Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin, Güləş Federasiyasının və digər qurumların rəsmi şəxsləri, ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.