SİYASƏT


Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqı “Qafqaz evi” ilə birgə tədbir keçirib

Tbilisi, 5 noyabr (AZƏRTAC). Noyabrın 5-də Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqı ilə “Qafqaz evi”nin birgə layihəsi çərçivəsində Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayon mərkəzində Dünya Gənclər Gününə həsr olunmuş tədbir keçirilmişdir. Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqının sədri Leyla Məmmədova belə tədbirlərin gənclərin fəal həyatı üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. O demişdir ki, məqsəd müxtəlif xalqları təmsil edən gənclərin bir-birinin adət-ənənəsi, mədəniyyəti, mətbəxi, durumu ilə tanış olmalarına şərait yaratmaqdır. Bu tədbirlərdə qonaqlara gənclərimizin gürcü ictimaiyyətinə inteqrasiyası, mövcud problemləri, məşğulluğu, təhsil və başqa məsələləri barədə ətraflı məlumat verilir.

“Qafqaz evi”nin əməkdaşı, layihənin əlaqələndiricisi Tamara Ucuxu gənclərin bir-biri ilə tanışlığı baxımından belə tədbirlərin önəm daşıdığını, gələcəkdə də əməkdaşlığın davam etdiriləcəyini bildirmişdir.

Dağıstanlı tələbə Aidə Mirqasumova görüşün müqəddəs bayramımız Qurban bayramı günlərinə təsadüf etməsindən məmnunluğunu ifadə etmişdir.

Tədbirdə Gürcüstanın ali məktəblərində Şimali Qafqaz və digər bölgələrdən təhsil alan 12 milləti təmsil edən gənclər iştirak etmişdir.

Sonda “Qafqaz evi”nin dəstəyi ilə çap olunmuş xeyli kitab, o cümlədən Qurani-Kərim Azərbaycanlı Gənclər İttifaqına hədiyyə verilmişdir.

Tədbirdə Kvemo Kartli-Borçalı bölgəsi qubernatorunun müavini Hüseyn Yusifov iştirak etmişdir.

İslam Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.