DÜNYA


Gürcüstanın Baş naziri: Ermənistanda sabitlik region üçün mühüm əhəmiyyət kəsb edir

Tbilisi, 8 sentyabr, AZƏRTAC

Ermənistanda sabitlik bizim üçün çox vacibdir. Bu sabitlik həm də bizim ölkələr və ümumilikdə region üçün mühüm əhəmiyyət kəsb edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə səfərdə olan Ermənistan hökumətinin başçısı Nikol Paşinyanla görüşdən sonra keçirdiyi brifinqdə söyləyib.

İ.Qaribaşvilinin sözlərinə görə, Ermənistanda siyasi, iqtisadi sabitlik bütün region ölkələri üçün vacibdir.

O, N.Paşinyanın yeni siyasi kursunun Ermənistanın sabit inkişafına və erməni xalqının rifah halının yaxşılaşmasına xidmət etdiyini bildirib.

“Qarabağ müharibəsi bizim region üçün ciddi çağırış idi. Amma inanıram ki, münaqişənin həlli və N.Paşinyanın siyasi kursu regionumuzun inkişafı üçün yeni imkanlar açacaq. Bu da Ermənistana və erməni xalqına çiçəklənmə bəxş edəcək”, - deyə İ.Qaribaşvili əlavə edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.