CƏMİYYƏT


Gürcüstanın Bolnisi rayonunda 13 mindən çox insan koronavirusu sürətlə aşkarlayan testdən keçirilib

Tbilisi, 28 mart, AZƏRTAC

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Bolnisi rayonunda koronavirusla əlaqədar 13 min 435 nəfər COVID-19 virusunu sürətlə aşkarlayan testdən keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Bolnisi Rayon İctimai Sağlamlıq Mərkəzinin direktoru Maka Mamardaşvili məlumat verib.

Onun sözlərinə görə, 4 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib, 259 nəfər isə özünütəcrid şəraitindədir.

“Biz mütəşəkkil qaydada insanların müayinəsini davam etdiririk və karantin rejiminə ciddi əməl olunmasına nəzarət edirik”, - deyə, M.Mamardaşvili vurğulayıb.

Qeyd edək ki, azərbaycanlıların yığcam yaşadıqları Marneuli və Bolnisi rayonlarında martın 23-dən ciddi karantin rejimi tətbiq olunur.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.