DÜNYA


Gürcüstanın ana müxalifət partiyasına yeni sədr seçilib

Gürcüstanın ana müxalifət partiyasına yeni sədr seçilib

Tbilisi, 30 yanvar, AZƏRTAC

Gürcüstanın ana müxalifət partiyası hesab edilən Vahid Milli Hərəkat Partiyasına sədr seçkiləri keçirilib.

Sədr postu uğrunda dörd nəfər mübarizə aparıb.

AZƏRTAC xəbər verir ki, Levan Xabeişvili 52,58 faiz səs toplayaraq partiyanın yeni sədri seçilib.

Partiyanın fəaliyyətdə olan sədri Nika Meliya 40 faiz səs toplayıb.

Səsvermədə partiyanın 41 min 264 üzvü iştirak edib.

Qeyd edək ki, partiyanın yaradıcısı və sədri hazırda həbsdə olan Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili olub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.