DÜNYA
Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində səsvermə dinc şəraitdə və seçici fəallığı ilə davam edir VİDEO
Tbilisi, 28 noyabr, AZƏRTAC
Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonuna əlavə polis qüvvələri cəlb olunub.
AZƏRTAC-ın məlumatına görə, Gürcüstanın daxili işlər nazirinin müavini Nino Cavaxadze bildirib ki, əlavə polis qüvvələri Marneuli ilə yanaşı, digər bölgələrdə də yerləşdiriliblər. Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi seçkilərin təhlükəsiz şəraitdə keçirilməsini təmin edir və bu məqsədlə gün ərzində polis qüvvələrinin ölkə üzrə digər bölgələrdə də yerləşdirilməsi həyata keçiriləcək.
Rayona canlı qüvvə ilə yanaşı, “Kobra” adlı iki polis maşını da yerləşdirilib.
Məlumat üçün qeyd edək ki, Marneuli, Qardabani, Bolnisi və azərbaycanlıların yığcam yaşadıqları digər bölgələrdə saat 13:00-dək heç bir qanun pozuntusu qeydə alınmayıb.
Bu bölgələrdə prezident seçkilərinin ikinci turu üzrə səsvermə dinc şəraitdə keçirilir.
Seçkilərin birinci turu ilə müqayisədə rayonda seçici fəallığının daha yüksək olduğu müşahidə edilir. Saat 12:00-a qədər Marneuli rayonu üzrə seçicilərin fəallığı 18 faiz təşkil edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi