DÜNYA


HAMBURQDA 11 SENTYABR HADİSƏLƏRİNƏ DAİR İKİNCİ MƏHKƏMƏ PROSESİ BAŞLANMIŞDIR

Almaniyanın Hamburq şəhərində 2001-ci ilin sentyabrında ABŞ-da törədilmiş terror aktlarının iştirakçıları barəsində ikinci məhkəmə prosesi başlanmışdır. Bu dəfə müttəhimlər kürsüsünə 30 yaşlı mərakeşli Əbdülqəni Məsudi əyləşmişdir. Almaniyada uzun müddət gizli fəaliyyət göstərən terror təşkilatının fəal üzvü olan mərakeşli 11 sentyabr hadisəsini hazırlayanlardan biri və iştirakçısı kimi ittiham edilir. Federal məhkəmənin ittihamında bildirilir ki, Nyu-York Ticarət Mərkəzinə təyyarəni tuşlayan terrorçuya əvvəldən axıra kimi təlim keçən də Əbdülqəni Məsudi olmuşdur. O, bunların hamısını məhkəmə prosesində etiraf etmiş, habelə terrorçuların Hamburqda mərkəzləşmiş özəyinin maliyyələşdirilməsi və qrupun fəaliyyətinin məxfiliyinin təmin edilməsinin də onun əsas vəzifələrindən olduğunu bildirmişdir. Məhkəmə prosesi davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.