REGİONLAR


HƏM MƏSLƏHƏT ALDILAR, HƏM DƏ KREDİT

Kənd Təsərrüfatı Nazirliyinin Özəl Bölmənin İnkişafına Yardım Agentliyinin Şəki regional məsləhət mərkəzi Qax rayonunun İlisu, Qaradolaq, Güllük, Ləkit, Qaşqaçay, Baydarlı, Əlibəyli, Cəlayir, Sarıbaş, Əmircan kəndlərində torpaq mülkiyyətçilərinə ikigünlük təlim keçmiş və fərdi məsləhət xidməti göstərmişdir. Fermerlər və torpaq sahibləri toxum tapmaq, texnika almaq, bitki xəstəlikləri və ziyanvericilərinə qarşı mübarizə tədbirləri barədə bilgi almış, onlara qabaqcıl iş təcrübəsinə dair informasiya bülletenləri paylanmışdır.

AZƏRTAC-ın müxbirinə məlumat verilmişdir ki, mərkəz tərəfindən rayonda 3 birgə borc alanlar qrupuna 18 min ABŞ dolları həcmində kredit də verilmişdir. Daha 7 belə qrupa da kredit ayrılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.