“HARMONİK SİSTEM” MÖVZUSUNDA REGİONAL SEMİNAR BAŞA ÇATMIŞDIR

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Bakıdakı Regional Tədris Mərkəzində Dünya Gömrük Təşkilatının dəstəyi ilə “Harmonik sistem” mövzusunda beşgünlük regional seminar başa çatmışdır. Tədbirdə dünyanın 190-dan çox dövlətinin gömrük tarifi sahəsində istifadə etdiyi harmonikləşdirilmiş sistemə daxil olan malın mənşəyinin, ticarət sisteminin müəyyənləşdirilməsi, ticarət üzərində nəzarət monitorinqi, iqtisadi təhlil, ticarət üzrə danışıqlar, daxili vergi siyasəti barədə məlumat verilmiş, müzakirələr aparılmışdır.

Bu sistemin yeniləşdirilməsi üçün daim tədbirlər görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.