ELM VƏ TƏHSİL
HEYDƏR ƏLİYEV FONDUNUN TƏŞƏBBÜSÜ İLƏ BALAKƏNDƏDAHA BİR MƏKTƏB BİNASI TİKİLİR
Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının ikinci mərhələsi çərçivəsində Balakən rayonunun Katex kəndindəki 3 nömrəli orta məktəb üçün 240 yerlik binanın tikintisinə başlanmışdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, məktəbin əvvəlki binası uzun illər istismarda olduğundan istifadə üçün tam yararsız vəziyyətdədir. Xüsusi layihə əsasında müasir standartlara uyğun inşa edilən yeni bina 20 otaqdan ibarət olacaqdır. Bina müasir avadanlıq və istilik sistemi ilə təchiz ediləcəkdir. “Kənan” şirkətinin inşaatçılar binanı 2007-ci ilin mayınadək təhvil verməyi planlaşdırırlar.
“Yeniləşən Azərbaycana yeni məktəb” proqram çərçivəsində cari ildə Talalar və Mazımçay kəndlərində 240 və 120 yerlik daha 2 məktəb binası istifadəyə verilmişdir.