Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

HÜZN GÜNÜ – QƏHRƏMANLIQ, MƏĞRURLUQ, QÜRUR VƏ SINAQ GÜNÜ
QANLI YANVAR FACİƏSİNİN 12-Cİ İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ ŞƏHİDLƏR XİYABANINI ÜMUMXALQ ZİYARƏTİ
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV ŞƏHİDLƏRİN ƏZİZ XATİRƏSİNİ YAD ETMİŞDİR

1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda mübarizə tarixinə parlaq və şərəfli səhifə kimi daxil olmuşdur. Bu qanlı hadisədən 12 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Keçmiş SSRİ rəhbərliyinin havadarlığı ilə ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən hiddətlənərək Bakının küçələrinə və meydanlarına çıxan geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin Azərbaycana yeridilməsi misli görünməmiş faciə ilə nəticələndi. 

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərə, günahsız insanların qətlinə səbəb olan 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.

X X X

Yanvarın 20-də səhər Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gəldi.

Şəhidlərin ruhuna dua oxundu.

Respublikamızın rəhbəri matəm musiqisinin sədaları altında müqəddəs ziyarətgahda ucaldılmış “Əbədi məşəl” abidəsi önünə əklil qoydu. Əklilin üzərindəki lentdə bu sözlər yazılmışdı: “Azərbaycan Respublikasının Prezidentindən - 20 Yanvar şəhidlərinə”.

Azərbaycanın dövlət himni ifa olundu.

Dövlətimizin başçısı Heydər Əliyev şəhidlərin xatirəsini yad etməyə gəlmiş xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri, diplomatik korpusların hərbi attaşeləri ilə görüşdü. Onlar Prezident Heydər Əliyevə dərin hüznlə başsağlığı verdilər, xalqımızın kədərinə şərik olduqlarını söylədilər.

Prezident Heydər Əliyev diplomatik korpusun rəhbərlərinə, xarici qonaqlara təşəkkürünü bildirdi.

Dövlət təşkilatlarının rəhbər işçiləri, respublikamızda fəaliyyət göstərən dini icmaların rəhbərləri şəhidlərin xatirəsini yad etməyə gəlmişdilər.

X X X

Azərbaycan Prezidenti HEYDƏR ƏLİYEV paytaxtın yüksək nöqtəsindən Bakının mənzərəsini seyr etdi, son illərdə tikilmiş çoxmərtəbəli binaların şəhərə xüsusi gözəllik verdiyini vurğulayaraq dedi:

- Görürəm, yeni hündür evlər tikilir. Vağzalın yanında da hündür binalar var, onlar nədir?

HACIBALA ABUTALIBOV \Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı\: Cənab Prezident, onlar Hökumət evinin yaxınlığında tikilir. Orada üç yeni bina tikilir.

HEYDƏR ƏLİYEV: Neçə mərtəbəlidir, artıq orada yaşayırlar?

HACIBALA ABUTALIBOV: Bəli, artıq hamısında yaşayırlar və 16-17 mərtəbəli binalardır.

HEYDƏR ƏLİYEV: Bunlar küçə ilə gedəndə görünmür. Gözəl, yaraşıqlı evlərdir. Belə binalar daha harada tikilir?

HACIBALA ABUTALIBOV: Cənab Prezident, şəhərin çox yerində tikilir. Amma indi Təzə bazarın yanında tikilir.

HEYDƏR ƏLİYEV: Onlar da bu cür hündür evlər olacaqdır?

HACIBALA ABUTALIBOV: Bəli, dördü 25 mərtəbəli, qalanları isə 13-16 mərtəbəli olacaqdır.

HEYDƏR ƏLİYEV: Bu cür evlərin kommunikasiya məsələsi həll olunub, yoxsa yox?

HACIBALA ABUTALIBOV: Bəli, hamısı həll olunubdur.

HEYDƏR ƏLİYEV: Yaxşı, Təzə bazarın yanında küçələr daralır, ətrafdakı insanların yaşaması üçün gərək şərait olsun. Bunlar hamısı təmin olunur?

HACIBALA ABUTALIBOV: Cənab Prezident, dörd yaşayış binasının ikisində ticarət mərkəzi yaradılacaq, binaların altında isə avtomobillər üçün qarajlar tikilmişdir.

HEYDƏR ƏLİYEV: Çox gözəl.

HACIBALA ABUTALIBOV: Cənab Prezident, torpaq sürüşməsi olan yerlərdə çoxlu ağac əkmişik.

HEYDƏR ƏLİYEV: “Əbədi məşəl” abidəsini görürsünüz, gözəl bir əsər yaratmışam. Bunun memarı mənəm, bütün kompozisiyasını mən vermişəm.

Ağacları burada, sürüşkən yerlərdə əkmisiniz?

HACIBALA ABUTALIBOV: Bəli, hər şeyi sökdük və aşağıya qədər ağaclar əkdik.

HEYDƏR ƏLİYEV: İndi burada hər şey normaldır, yoxsa, yox?

ARTUR RASİZADƏ \Baş nazir\: Bəli.

HEYDƏR ƏLİYEV: Siz oradan adamları köçürmək istəyirdiniz, nə oldu?

ARTUR RASİZADƏ: Cənab Prezident, yavaş-yavaş köçürürük. Sürüşmə dayanandan sonra bəziləri köçmək istəmirlər. Amma hamını köçürəcəyik.

HEYDƏR ƏLİYEV: İndi Bakı çox gözəl görünür.

ARTUR RASİZADƏ: Cənab Prezident, bunu ölkəmizə gələn xarici qonaqlar da etiraf edirlər.

HEYDƏR ƏLİYEV: Bəzən başqa şəhərlərə gedəndə biz heyran olurduq. Amma indi görürsünüz, Bakı nə gözəl şəhərdir. Hündür binalar bu tərəfdə də var.

HACIBALA ABUTALIBOV: Bəli, o binalar Nərimanovun heykəlinin arxasında yerləşir.

Kütləvi informasiya vasitələri nümayəndələrinə müraciət edən Prezident HEYDƏR ƏLİYEV dedi:

- Siz səfalət içində yaşayırsınız?

JURNALİSTLƏR: Xeyr.

HEYDƏR ƏLİYEV: Görürsünüz, şəhər necə gözəlləşibdir. Yeni binalar buradan necə gözəl görünür.

1970-ci illərdə keçmiş Sovet küçəsinin tikintisi haqqında biz bir neçə dəfə baş plan təsdiq etdik. Orada həmin bu evlərin tikilməsini planlaşdırıldı. İndi işlər həmin baş plan üzrə gedir. Bunu o vaxt, sovet dövründə edə bilmədik. Amma indi bunu insanların özləri, özəl sektor edir. Budur, özəl sektorun inkişafı. Görürsünüz, nə qədər gözəl, böyük evlər tikilibdir. Biz sovet dövründə çox evlər, binalar tikmişik. Ancaq indi özəl sektor onlardan daha yaxşı, gözəl tikir. Həm də şəhəri gözəlləşdirirlər. Demək, bazar iqtisadiyyatı var, özəl sektor inkişaf edir, insanların alıcılıq qabiliyyəti var. Belə mənzillər alıb yaşaya bilirlər. Ona görə də inşaat biznesi çox geniş inkişaf edibdir. Mən belə görürəm ki, bizdə ən geniş inkişaf edən inşaat biznesidir.

ARTUR RASİZADƏ: Cənab Prezident, bəli, elədir.

HEYDƏR ƏLİYEV: Görürsünüz, bu qədər evlət tikiblər. Görün, nə qədər pul qazanıblar. Bu evlərin tikintisində nə qədər insanlar- inşaatçılar, fəhlələr işləyibdir və bu gün də işləyirlər, maaş alırlar, yaşayırlar. Demək, bu, iş yerləridir. Mən bunu çox təqdir edirəm. Çünki birincisi, yeni iş yerləri açılır, ikincisi, biznes inkişaf edir, özəl sektor inkişaf edir, üçüncüsü, bizneslə məşğul olan adamlar bazarın tələbatını bilirlər. Mənzillərə, yaşayış evlərinə təlabat da yüksəkdir. Əgər mənzillərə, yaşayış evlərinə tələbat yüksəkdirsə, demək, insanların yaşayış tərzi də yüksəlib ki, böyük məbləğdə vəsait ayırıb özlərinə mənzil ala bilirlər. Bunların hamısı da ümumiyyətlə, şəhərin gözəlliyini təmin edir, memarlıq, şəhərsalma barədə bizim planlarımızın həyata keçirilməsini təmin edir. Bu, çox yaxşı haldır.

İnşaat infrastrukturu inkişaf edir. İndi Azərbaycanda sexlər açılıbdır. Mənə deyirlər, onlar elə pəncərə, qapı və başqa şeylər düzəldirlər ki, vaxtilə bunu heç görə də bilməzdin. Bunlar çox gözəldir.

Siz o evləri görürsünüz?

QƏNİRƏ PAŞAYEVA \ANS telekanalının əməkdaşı\: Bəli.

HEYDƏR ƏLİYEV: Oradakılar səfalət içində yaşayırlar?

QƏNİRƏ PAŞAYEVA: Yox.

HEYDƏR ƏLİYEV: Bəs, sən niyə deyirsən, səfalət içində yaşayırlar?

QƏNİRƏ PAŞAYEVA: Cənab Prezident, mən deməmişəm.

HEYDƏR ƏLİYEV: Gördüyün bu evlərdən o tərəfdə də çoxdur. Sən hərdən gəl buradan bax. Televiziyaya çağırdığın bəzi adamları da buraya göndər baxsınlar ki, nə qədər evlər var, nə qədər adam yaşayır. Onlar bu evlərdə səfalət içində yaşaya bilməzlər. Elədir, yoxsa yox?

QƏNİRƏ PAŞAYEVA: Bəli, bu evlərdə yox.

HEYDƏR ƏLİYEV: Amma o birilər də var. Sən elə bilirsən, mən bilmirəm?! Amma hamı belə evlərdə yaşaya bilməz. Bu binalar tikiləndə burada işləyən fəhlənin yaşayışı yaxşılaşır. Təkcə fəhlələrin yox, məsələn, mütəxəssislərin də. Sovet vaxtından qalan nə qədər inşaat təşkilatlarımız var. Onlar bir ara dayandılar. İndi mən görürəm ki, onlar özəl sektorda çox inkişaf ediblər. Çünki Azərbaycanda, xüsusən Bakıda gedən bu qədər tikinti işlərini indi onlar görürlər. Bunları bir müddət özümüzünkülər tikmirdilər. Amma indi Azərbaycanın yerli təşkilatları, bizim özəl təşkilatlarımız tikir. Yerli xammaldan istifadə edirlər. Bir çox məhsulları, hansıları ki, bir müddət xaricdən – Türkiyədən, İrandan gətirirdilər, indi onları burada özləri istehsal edirlər, sexlər yaranıbdır. Müxtəlif başqa işlərdə iştirak edirlər. Görürsən, bunları “Nəzər nöqtəsi”ndə ver. De ki, Heydər Əliyevlə “Nəzər nöqtəsi” aparırdım.

QƏNİRƏ PAŞAYEVA: Cənab Prezident, rayonlarda böyük müəssisələrimiz var idi. Bunlarla bağlı hansısa addımlar atılacaqmı? Məsələn, Şəkidə neçə min işçisi olan müəssisə var idi.

HEYDƏR ƏLİYEV: Bilirsən, neçə yaşın var? Düzdür, qızdan bunu soruşmazlar. Amma hər halda 25 yaşın olar.

QƏNİRƏ PAŞAYEVA: Bəli.

 

HEYDƏR ƏLİYEV: Həmin o Şəki kombinatını biz yaradanda sən dünyada yox idin. Başa düşürsən. Onu yaratdıq, qaldırdıq, orada 7-8 min adam işləyirdi. Orada sizlər üçün, xanımlar üçün çox gözəl ipəklər toxunurdu. Bizim xanımların o ipəklərdən ötürü ürəkləri gedirdi. Hətta o, qıt mal idi. Onu başqa yerə göndərirdik. İnsanlar işləyirdi və çox gözəl də məhsul var idi. Yaxşı pul alırdılar, yaxşı istehsal var idi – hamısı var idi. Amma indi bunlar çətinləşibdir. Çünki o dövr keçdi. O dövr keçəndən sonra indi bu məhsula ehtiyac olmadığına görə, tələbat olmadığına görə və bu müəssisənin avadanlığı müasir olmadığına, bugünkü tələbata cavab vermədiyinə görə böyük bir dəyişiklik lazımdır. Birincisi, bazar lazımdır. Bazar lazımdır ki, biz görək, o məhsulu istehsal edib sata bilərik, yoxsa yox. İkincisi, yüksək keyfiyyətli məhsul istehsal etmək üçün avadanlıq lazımdır, mütəxəssislər lazımdır. Bunlar bir gündə, iki gündə olmur. Bunlar da prosesdir.

İndi mən həmin bu evlərə baxıram. Dörd, beş il öncə bu evlər yox idi. Burada bəzi bir neçə evləri xarici ölkədən gələn inşaatçılar tikiblər. Elədirmi?

ARTUR RASİZADƏ: Bəli, əksəriyyəti Türkiyədən gələnlər idi.

HEYDƏR ƏLİYEV: Bəli, indi bu evlər var. Bu, nə deməkdir? Birincisi, bizim özümüzün sahibkarlarımız yaranıbdır. İkincisi, əgər tələbat olmasa, o, bunu tikməz. Başa düşürsünüz, bunun bazarı var. Məsələn, indi Şəkidəkinin bazarı yoxdur, onu alan yoxdur. Ona görə istehsal etmək lazım deyil. Bazar iqtisadiyyatıdır. Amma bunun bazarı var, bunu alan var. Əgər biznesmen bilsə ki, bunu satmayacaq, heç onu tikməz. Çünki o, vəsait qoyur. Vəsait qoydu, tikdi, sata bilmədi, vəsaiti getdi, gərək gözləsin. Bunlar hamısı bazar iqtisadiyyatının qanunlarıdır. Ona görə Şəkidəki də, o birisi də, bu birisi də - hamısı olacaqdır. Tələsməyin. Bunlar da bir gündə olmayıbdır. Bir ildə də olmayıbdır.

Görürsünüz, neçə illərdir biz bu sahədə çalışırıq. Deyəndə ki, bunlar olacaq-olacaq, bəziləri, sənin kontingentin var, onlar başlayırlar yox, niyə o olmadı, bu olmadı. Axı, sən bilmirsən, bu nə deməkdir. Bir dənə ev tikməmisən, zavod tikməmisən, bir dənə fabrikin yanından keçməmisən, bir dənə müəssisədə olmamısan. Küçədə gəzirsən, qəzetdə yazırsan, yaxud siyasi partiyanın nümayəndəsi kimi orada müsahibə verirsən, burada danışırsan, orada birləşirsən, burada ayrılırsan, nə bilim, planlar cızırsan.

QƏNİRƏ PAŞAYEVA: Cənab Prezident, Bakı şəhərinin statusu qəbul ediləcək, bəs İçərişəhərin qorunub saxlanması necə olacaqdır?

HEYDƏR ƏLİYEV: Bu da bizim planımızda var. Sən bil ki, İçərişəhərin bərpası, onun bütün tarixi abidələrinin aşkar olunması hələ 1970-ci illərdə Azərbaycanın rəhbəri kimi, şəxsən mənim ən birinci vəzifəm idi. İndi siz o Karvansaraya gedirsiniz, onu görürsünüz. Amma o yox idi, torpağın altında idi. Karvansaranın yanındakı başqa şeylər, orada sərgi düzəldilib - qədim yazılı daşlar və sair, bunların heç biri yox idi. Biz bunları həmin o illərdə qazdıq çıxardıq. Bu, orada aparılan işlərin nəticəsidir. Bu işlər də gedirdi. Amma təəssüflər olsun ki, Azərbaycanda bir müddət durğunluq əmələ gəldi. Həqiqətən, kim olur olsun, mən ya başqası, bu işlərlə məşğul olmağa imkan yox idi. İndi imkanımız var, məşğul oluruq. Hamısı açılacaqdır. Azərbaycanın tarixi, tarixi abidələri mənim üçün əzizdir. Çünki mən tarixi və tarixi abidələri çox sevən adamam. Hələ vaxtilə, gənc yaşlarımda memarlıq təhsili alarkən, bu tarixi abidələrin hamısını öyrənmişəm.

Bax, bunu, “Əbədi məşəl” abidəsini görürsən, o, yox idi. Bura da yox idi. Elədirmi? Gəlirdik oraya, oradan da düşüb gedirdik. Mən düşündüm, yaxşı, burada şəhidlərin qəbirləri var. Amma bütün şəhidlərimizə rəmzi bir abidə qoymaq lazım idi, yoxsa yox? Bunu yaratdım. Amma burada bu yer yox idi. Torpaq, daş gətirdib tökdürdüm, buranı bərkitdik. İndi bir halda ki, biz səmimi sadə söhbət aparırıq, deyirəm, memarlar üç-dörd dəfə müxtəlif layihələr gətirdilər. Biri bunu gətirdi, yaramadı. Biri, onu gətirdi, yaramadı. Mənə dedilər, nə istəyirsən?

ARTUR RASİZADƏ: Cənab Prezident, bizim yanımızda oldu.

HEYDƏR ƏLİYEV: Sənin yadındadır, dedim, bunu istəyirəm, bunu istəyirəm. Gedin bunları düzəldin. Getdilər düzəltdilər. Gözəl bir abidədir. İndi şəhərin hər yerindən görünür. Xüsusən, axşam vaxtı, qaranlıq vaxtı baxırsan ki, yanır. Birincisi, bu, şəhərə gözəllik verir, ikincisi də onun yanan qülləsi göstərir ki, bəli, burada məşəl yanır, bura müqəddəs yerdir. Bu, bir gündə olmayıbdır. Amma bunu etdik.

 

X X X

Şəhidlərin xatirəsini əziz tutan və onların məzarlarını ziyarət edən on minlərlə paytaxt sakini, respublikamızın müxtəlif yerlərindən gəlmiş insanlar – məktəblilər, gənclər, yaşlılar, qlz-gəlinlər müqəddəs and yerimiz olan Şəhidlər xiyabanına axışır, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş mərd mübarizlərin xatirəsini böyük ehtiramla yad edirdilər. Ziyarət günörtadan xeyli keçənədək davam etmiş, şəhid məzarları al qərənfillərə bürünmüşdü.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunun, Rafiq

Bağırovun vəYaşar Xəlilovundur

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək