İDMAN


“Haas” komandasının pilotu Danimarkada 2018-ci ilin ən yaxşı sürücüsü seçilib

Bakı, 23 yanvar, AZƏRTAC

“Haas” Formula 1 komandasının üzvü Kevin Maqnussen Danimarkada 2018-ci ilin ən yaxşı sürücüsü seçilib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, pilota mükafat “Danish Motorsport Awards”ın təqdimatı zamanı verilib.

K.Maqnussen üçüncü dəfədir bu mükafata sahib olur. Pilot ötən mövsüm Formula 1 dünya çempionatında 56 xalla ümumi sıralamada doqquzuncu olmuşdu.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.