CƏMİYYƏT


Hacıqabul rayonunda aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanaraq saxlanılıb

Bakı, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 8-də Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları COVID-19 virusuna yoluxaraq ev şəraitində müalicədə olan şəhər sakini Q.Bayramovun yaşadığı evi tərk etməsini müəyyənləşdiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə həmin şəxsi yaşadığı evə qaytarıblar. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Q.Bayramov barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.