Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Hamiləlik planlaşdıran, yeni ailə quran cütlüklərin COVID-19 əleyhinə vaksini əvvəlcədən vurdurmaları tövsiyə olunur

Hamiləlik planlaşdıran, yeni ailə quran cütlüklərin COVID-19 əleyhinə vaksini əvvəlcədən vurdurmaları tövsiyə olunur

Bakı, 23 avqust, AZƏRTAC

Ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə kollektiv immunitet yaranması üçün bir neçə aydır ki, vaksinasiya prosesi aparılır. Məlumdur ki, reproduktiv sağlamlıq hər zaman mühüm məsələ olub. Bu baxımdan, koronavirusa qarşı vaksinasiya zamanı yeni ailə quran, hamiləlik planlaşdıran, eləcə də doğuşdan sonrakı mərhələdə olan qadınlara peyvənd vurulub-vurulmaması cəmiyyətdə müzakirə olunan mövzulardandır.

AZƏRTAC xəbər verir ki, bu məsələ ilə bağlı bəzi nüanslara Azərbaycan Tibb Universitetinin I mama-ginekologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Natəvan Axundova aydınlıq gətirib.

N.Axundova qeyd edib ki, bu istiqamətdə geniş elmi-tədqiqat işləri olmasa da, bəzi mənbələrdə müxtəlif fikirlər söylənilir: “Belə ki, hamiləlik planlaşdıran, yeni ailə quran cütlüklərə əvvəlcədən peyvənd olunmaq məsləhət görülür. Əlbəttə, burada bir sıra əks-göstərişlər də nəzərə alınmalıdır. Əvvəllər vaksinasiyadan 6 ay sonra hamiləliyin planlaşdırılması tövsiyə olunurdusa, sonradan bu müddət 3 və son olaraq 1 aya qədər azaldıldı. Hamilələrə gəldikdə isə onların koronavirus əleyhinə vaksinasiyadan keçməsi tövsiyə olunmur. Amma çox yüksək risk olduğu halda peyvənd vurula bilər. Ümumiyyətlə, bu barədə geniş məlumatlar yoxdur. Hətta bəzi mənbələrdə göstərilir ki, hamilələri gözləyən nəticə hamiləlik zamanı dölün zədələnməsinin potensial riskindən yüksəkdirsə, onlar vaksinasiya oluna bilərlər. Çünki yüksək risk qrupuna daxil olan hamilələr koronavirusa yoluxsalar, onların vəziyyəti çox ağırlaşa, hətta ölüm baş verə bilər.

Dünyaya yenicə uşaq gətirmiş qadınların vaksinasiyası haqqında da ziddiyyətli fikirlər mövcuddur. Qadın süd verirsə, vaksinasiya olunması məsləhət görülmür. Əks halda peyvəndlənə bilər. Nəzərə almaq lazımdır ki, doğuşdan sonrakı dövrdə qadın bir qədər zəifləyir. Zahılıq dövrü bitdikdən sonra əgər ümumi sağlamlığı imkan verirsə, vaksinasiya olunması mümkün sayılır. Zahılıq dövrü 6-8 həftə çəkir. Amma xarici ədəbiyyatda doğuşdan sonrakı dövr 11-12 həftə hesab olunur. Çünki uşaqlıqda cift sahəsinin bərpası prosesi 11 həftə çəkir”.

Hamilə qadınların koronavirusa yoluxması ilə bağlı məsələyə də toxunan həkim deyib: “Hamiləlik fizioloji bir prosesdir və bu zaman orqanizmdə adaptasiya-uyğunlaşma reaksiyaları baş verir. Hamilə qadının orqanizmində doğuşdan sonrakı dövrdə baş verə biləcək qanaxmanın qarşısını almaq üçün qan laxtalanma sistemində fizioloji hiperkoaqulyasiya, yəni qatılaşma baş verir. Bundan əlavə, hamilə qadının ürək-damar, tənəffüs və immun sistemlərində də bir çox dəyişikliklər olur. İstənilən infeksiya, o cümlədən koronavirus onsuz da hamiləlik zamanı artmış koaqulyasion potensialını - qanın qatılaşmasını daha da artırır. Belə vəziyyət qadında tromboz riskini yüksəldir. Əgər hamilədə tromboz riskini artıran vəziyyətlər və xəstəliklər irsi və qazanılmış trombofilik amillər, autoimmun xəstəliklər, şəkərli diabet və s. varsa, koronavirus infeksiyası daha ağırgedişli olur, hamilənin və dölün vəziyyətlərinə ciddi təsir edir. Bir çox infeksiyalar cift baryerini keçərək dölün infeksiyalaşmasına, hətta bətndaxili ölümünə gətirib çıxara bilər. Əksər hallarda yoluxmalar zamanı infeksiya döl bədənində generalizasiya olunur, dölün neonatal sepsislə və pnevmoniya ilə doğulmasına gətirib çıxarır. Belə hallarda dölyanı mayenin vaxtından əvvəl axması, vaxtından əvvəl doğuşlar, dölün bətndaxili inkişafdan qalması riski yüksək olur. Hazırda COVID-19-un hamiləlik və doğuş zamanı dölə keçməsi halları müəyyən edilməyib, virusun dölyanı maye nümunələrində və ciftdə aşkarlanma hallarına təsadüf olunmayıb. Virusun ana südündə aşkarlanmasına tək-tək hallarda rast gəlinib. Doğuşdan sonra xəstə ana və ya yenidoğulmuşa qulluq edən şəxslərlə sıx əlaqə zamanı COVID-19-la neonatal infeksiyalaşma müşahidə olunub. Bir çox tədqiqat işlərində hamiləlik zamanı koronavirusun anadan dölə keçməsi ehtimalının az olması göstərilir. COVID-19-lu hamilələrdə düşüklər, dölün bətndaxili inkişaf ləngiməsi, dölün distressi, vaxtından əvvəl doğuşlar qeydə alınır. Vaxtından əvvəl doğuşlar özbaşına olub və ya həkim tərəfindən ana və döldə olan göstərişlərə əsasən aparılıb. Sonuncu halda hamiləlik əsasən cərrahi yolla başa çatdırılıb”.

N.Axundovanın sözlərinə görə, nəzarət etdikləri hamilələrin bir çoxu qanın qatılaşmasının artması səbəbindən yüksək risk qrupuna aid olduğu üçün onlara adətən qanı durultmaq məqsədilə antiaqreqant və antikoaqulyantlar təyin edilir: “Həmin qadınlar koronavirusa yoluxduqda, dərhal nəzarətə götürülüb və hospitalizasiya ediliblər. Onlarda onsuz da mövcud olan hiperkoaqulyasiyanı koronavirus bir qədər artırsa da, fəsadlaşmalar az olub. Çünki onlar laxtalanmanı aradan qaldırmaq üçün əvvəldən müalicə alıblar. Hamilə qadın mama-ginekoloq, infeksionist, reanimatoloq, lazım gəldikdə endokrinoloqun ciddi nəzarətində olmalıdır. Ümumiyyətlə, bu xəstəliyin bir çarəsi var. Bütün xəstələr vaxtında aşkar olunmalı, xəstəliyin şübhəli və ehtimal olunan simptomlarına əsasən diaqnozu dəqiqləşdirmək üçün əlavə laborator müayinə aparılmalıdır. Diaqnoz qoyulduqdan sonra xəstə nəzarətə götürülməli, müalicə tədbirlərinə başlanılmalıdır. Müalicəyə erkən başlamaq xəstənin sonradan ağırlaşmalarla üzləşməsinin qarşısını alır”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub