İQTİSADİYYAT
Hava limanı istiqamətində ekspres marşrut xətti üzrə avtobusların hərəkət cədvəli dəyişdirilib
Bakı, 27 mart, AZƏRTAC
Hava limanı istiqamətində ekspres marşrut xətti üzrə avtobusların hərəkət cədvəli dəyişdirilib.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, koronavirus (COVID-19 ) xəstəliyinin ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə bir çox yerli və beynəlxalq istiqamətlər üzrə uçuşlar dayandırıldığından hava limanı-28 May H1 ekspres marşrut xətti üzrə avtobusların hərəkət cədvəlində dəyişiklik edilib. Dəyişikliyə əsasən, H1 ekspres xətti üzrə sərnişindaşıma yalnız həftənin cümə axşamı günü bir ədəd avtobus olmaqla həyata keçiriləcək.
Həmin gün ekspres xətt avtobusu ilə “28 May” metro staniyasından hava limanına saat 08:00, 10:30 və 16:30-da olmaqla 3 gediş reallaşdırılacaq. Bu vaxtlar Bakı-Moskva, Bakı-Naxçıvan və Bakı-London reyslərinin uçuş cədvəlinə uyğun olaraq müəyyənləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]