İQTİSADİYYAT


Hava limanı istiqamətindəki avtomagistrallarda sürət həddi endirilib

Bakı, 18 fevral, AZƏRTAC

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi saatda 20 kilometr endirilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) AZƏRTAC-a bildirilib ki, məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və meteoroloji amilləri nəzərə almaları tövsiyə olunur. Sərnişinlərdən isə dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmaları, həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində yolun hərəkət hissələrinə çıxmamaları, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşmələri xahiş olunur.

Bu gecədən başlayaraq hava şəraitinin dəyişməsi ilə əlaqədar BNA tərəfindən də bir sıra tədbirlər həyata keçirilib. Bakı şəhərində müntəzəm sərnişindaşıma ilə məşğul olan daşıyıcı şirkətlərə tapşırıqlar verilib. Bildirilib ki, sürücülər faktiki hava şəraitini nəzərə alaraq müəyyən edilən sürət həddinə mütləq qaydada əməl etməlidir. Həmçinin sərnişin avtobuslarının hərəkət intervalı mümkün qədər azaldılmalı, zərurət yarandığı halda günün pik saatlarında avtonəqliyyat vasitələrinin sayı artırılmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.