CƏMİYYƏT


Havanın çirklənməsi həyati vacib orqanların fəaliyyətinə mənfi təsir edir

Havanın çirklənməsi həyati vacib orqanların fəaliyyətinə mənfi təsir edir

Bakı, 16 noyabr, AZƏRTAC

Alimlər hesab edirlər ki, çirkli havanın orqanizmə təsiri nəticəsində ölüm hallarının sayı dayanmadan artacaq.

Təxmini qiymətləndirmələrə görə, havanın çirklənməsi dünyada ildə 9 milyona yaxın insanın ölümünə səbəb olur. AZƏRTAC xəbər verir ki, “Lancet” jurnalının yazdığına görə, çirkli havanın insan sağlamlığına təsiri qeyri-sağlam qidalanma və tütünçəkmə ilə müqayisə oluna bilər.

Məqalədə deyilir ki, havanın çirklənməsi ürək xəstəlikləri, insult, xroniki obstruktiv ağciyər xəstəliyi, aşağı tənəffüs yolları infeksiyaları, şəkərli diabet və ağciyər xərçəngi də daxil olmaqla bir çox xəstəliklərin risk amili kimi müəyyən edilir.

Alimlər qeyd edirlər ki, çirkli hava faktiki olaraq insan bədəninin hər bir orqanına təsir edə bilir. İnsanlar tərəfindən tənəffüs edilən bəzi hava çirkləndiriciləri ağciyərlər vasitəsilə qan dövranına daxil ola bilər. Beləliklə potensial zəhərli hava üç həyati vacib orqanın fəaliyyətinə mənfi təsir edə bilər.

Ağciyər. Ağciyər xərçəngi, 2020-ci ildə dünyada xərçənglə bağlı ən çox yayılmış ölüm səbəbi olub, dünyada 1,80 milyon ölüm halı bu xərçəng növünün payına təsadüf edib. ÜST-nin qiymətləndirmələrinə görə, ağciyər xərçəngi ölümlərinin 36 faizi hava çirkləndiricilərinin təsiri ilə əlaqəli hallardır.

Beyin. ÜST qeyd edir ki, havanın çirklənməsi insult riskini artırır, bu da dünyada ikinci ən çox yayılan ölüm səbəbidir. İnsultla bağlı ölüm hallarının təxminən üçdəbiri orqanizmə çirkləndirilmiş atmosferin təsiri ilə bağlıdır.

Ürək. Siqaret çəkmədən, hipertoniya və piylənmə olmadan da infarktdan əziyyət çəkmək mümkündür. Bəzi tədqiqat qiymətləndirmələrinə görə, havanın çirklənməsi bir çox məlum risk amilləri, misal üçün siqaret çəkmək və ya şəkərli diabet ilə müqayisədə, ürək-damar xəstəlikləri çox sayda ölümə səbəb ola bilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.