DÜNYA


Havay adalarında 5.3 bal gücündə zəlzələ olub

Bakı, 17 iyul, AZƏRTAC

İyulun 16-da yerli vaxtla 11:42-də Havay adalarında Halemaumau krateri ətrafında, aktiv vulkandan 5 km cənub qərbdə Rixter şkalası ilə 5.3 bal gücündə zəlzələ olub. O.3 km dərinlikdə baş verən zəlzələ zamanı vulkan kraterində kiçik partlayış da olub.

AZƏRTAC ABŞ Geoloji Tədqiqat Mərkəzi (USGS)-nin məlumatına istinadla xəbər verir ki, krater üzərində hər hansı püskürmə əlamətləri müşahidə edilməyib.

Qeyd edək ki, bu yaxınlarda Havay adaları qrupunun Böyük adasında yerləşən Kilauela vulkanı oyanıb. Titrəyişlə müşayiət olunan püskürmə zamanı ətrafa yayılan Qızmış lava axını qarşısına çıxan hər şeyi yandıraraq okeana doğru axıb. Adada 500-dən çox ev yanıb kül olub.

Havay adaları qrupunun Böyük adasında yerləşən Kilauela vulkanı Yer kürəsinin ən aktiv vulkanlarından biri sayılır. Yerli inanclara görə, Kilauela Havay sakinlərinin ənənəvi inanclarında yer alan vulkan ilahəsi – Pelenin yaşayış yeridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.