ELM VƏ TƏHSİL


Hazırda Azərbaycan dilində olan “Vikipediya”da 150 minə yaxın məqalə var

Bakı, 24 avqust, AZƏRTAC 

Bu günədək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da ölkəmizin tarixi, coğrafiyası, arxeologiyası, mədəniyyəti, memarlığı, qədim sənətkarlıq nümunələri, milli adət-ənənələri, musiqi alətləri, tarixi abidələri, görkəmli elm, mədəniyyət, ictimai-siyasi xadimləri haqqında sistemli şəkildə yüzlərlə məqalə yaradılıb və əsaslı şəkildə redaktə edilib.

Bu barədə AMEA Mərkəzi Elmi Kitabxanasının direktor müavini, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk AZƏRTAC-a məlumat verib. O bildirib ki, hazırda Azərbaycan dilində olan “Vikipediya”da 150 minə yaxın məqalə var. Ardıcıl olaraq xarici dillərdəki “Vikipediya”larda da məqalələr yaradılır və redaktə olunur. “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən məqalə yaradılması və yerləşdirilməsi prosesi uğurla davam edir. Könüllülərin işi məqalə yazıb onu redaktə etməkdir. Fəal istifadəçilər və idarəçilər isə yeni yaradılan məqalələrə nəzarət edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.