CƏMİYYƏT


Hazırda Bakıda ambulator şəraitdə müalicə olunan 10 mindən çox şəxs var

Bakı, 10 iyul, AZƏRTAC

Hazırda Bakı şəhərində ambulator şəraitdə müalicə olunan 10 min 202 şəxs var. Bu, kifayət qədər böyük rəqəmdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov məlumat verib.

Onun sözlərinə görə, müalicə olunanlar arasında simptomsuz, yüngül xəstəlik əlamətləri olanlar, uşaqlar və başqaları var. Regionlarda ambulator müalicənin aparılmasına ciddi zərurət yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.