CƏMİYYƏT


Hazırkı dövrədək ölkəmizdə ikinci mərhələ üzrə peyvənd olunanların sayı 992 min 847 nəfərdir

Bakı, 17 iyun, AZƏRTAC

İyunun 17-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 38 min 556 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 25 min 546, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 13 min 10 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 877 min 878-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 885 min 31, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 992 min 847 nəfərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.