CƏMİYYƏT
Həftənin ilk iki günündə Milli Oftalmologiya Mərkəzində minə yaxın xəstəyə göz nuru bəxş edilib
Bakı, 12 oktyabr, AZƏRTAC
Bu həftənin ilk iki günündə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 953 xəstə müraciət edib.
Bu barədə AZƏRTAC-a Mərkəzdən məlumat verilib.
Müraciət edən xəstələrdən 102 nəfər üzərində müxtəlif əməliyyatlar, o cümlədən 20 xəstə katarakta diaqnozu ilə əməliyyat aparılıb. Müraciət edən 5 xəstə üzərində intraviitreal, 1 xəstə üzərində antiqlaukomatoz cərrahi əməliyyatı, 2 xəstə üzərində yaranın cərrahi işlənməsi, 2 xəstədə DCR, 1 xəstədə çəpgözlüyün korreksiyası,59 xəstə üzərində intravitreal inyeksiya və digər cərrahi əməliyyatlar icra olunub.
Son iki gün ərzində Mərkəzin Masallı filialına 102 xəstə müraciət edib. Onlardan 19 nəfəri katarakta diaqnozu, 1 xəstə üzərində DCR, 2 xəstə üzərində pteriqiumun götürülməsi cərrahi əməliyyatı və 20 xəstə üzərində intravitreal inyeksiya həyata keçirilib.
Gəncə filialına 87 xəstə müraciət edib və 4 xəstədə panretinal lazer koaqulyasiya icra edilib.
Ötən həftə ərzində isə Milli Oftalmologiya Mərkəzinə 1513 xəstə müraciət edib və 227 cərrahi əməliyyat icra olunub. Katarakta diaqnozu ilə 92 xəstə üzərində, 16 xəstə üzərində intravitreal və 8 xəstə üzərində ksimer-lazer əməliyyatları aparılıb. Mərkəzə üz tutan 5 xəstədə antiqlaukomatoz, 2 xəstədə DCR, 3 xəstədə plastik, 1 xəstədə ektropionun korreksiyası, 1 xəstədə ptozun korreksiyas, 4 xəstədə pteriqiumun götürülməsi və 58 xəstə üzərində intravitreal inyeksiya və digər cərrahi əməliyyatlar icra olunub.
Mərkəzin Masallı filialına həftə ərzində 239 xəstə müraciət edib. Katarakta diaqnozu ilə 29 xəstə əməliyyat olunub. Xəstələrdən biri üzərində DCR, 3 nəfəri üzərində xəstədə pteriqiumun götürülməsi və 7 xəstə üzərində intravitreal inyeksiya əməliyyatları yerinə yetirilib.
Gəncə filialına həftə ərzində 149 xəstə müraciət edib. Katarakta diaqnozu ilə 3 xəstədə cərrahi əməliyyat edilib və 8 xəstə üzərində panretinal lazer koaqulyasiya icra olunub.