REGİONLAR


Həkim briqadasının Ordubadda həyata keçirdiyi humanitar aksiya başa çatıb

Ordubad, 26 dekabr, AZƏRTAC

Bakı şəhərində fəaliyyət göstərən Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 24 nəfərdən ibarət həkim briqadasının 3 gün ərzində Ordubad Rayon Mərkəzi Xəstəxanasında həyata keçirdiyi humanitar aksiya başa çatıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aksiya çərçivəsində oftalmoloq Rasim Orucov, travmatoloq Cavid Musazadə, cərrahlar Sahib Hüseynov, Toğrul Məhərrəmov və başqalarının iştirakı ilə 2 min 520 pasiyent profilaktik tibbi müayinədən keçirilib. Cərrahi müdaxiləyə ehtiyacı olan 72 xəstə üzərində LOR, göz və ümumi cərrahi əməliyyatlar aparılıb.

Pasiyentlər, həmçinin hematoloji, uroloji, nefroloji, proktoloji, oftalmoloji və digər tibbi xidmətlərlə əhatə olunublar. Ordubad Rayon Mərkəzi Xəstəxanasının tibbi heyəti də aksiyada fəal iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.