CƏMİYYƏT
Həkim-fitoterapevt Fizuli Hüseynovun “Həcəmət” kitabında qədim müalicə üsulundan bəhs olunur
Bakı, 12 yanvar, AZƏRTAC
Həcəmət bədənin müxtəlif nahiyələrindən banka vasitəsilə qan aldırmaqdır. Tarixi 3 min il əvvələ gedib çıxan bu müalicə üsulundan Misirdə istifadə olunub. Arxeoloji qazıntılar bizim eradan min il əvvəl Çində də həcəmətdən istifadə olunduğunu sübut edir. İlk vaxtlar heyvan buynuzlarından istifadə edilərək aparılan həcəmət sonralar gil bankalar, daha sonra metal bankalar, indi isə vakuumlu və şüşə bankalar vasitəsilə yerinə yetirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynovun “Həcəmət” kitabında bəhs olunur.
Kitabda həcəmətlə müalicənin tarixi, onun növləri, faydaları, ayrı-ayrı xəstəliklər zamanı ondan istifadə və hicama qaydaları, həcəmət nöqtələri barədə ətraflı məlumatlar verilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [17:36]
Düzgün yastıq seçimi rahat yatmağa kömək edir
- 16.08.2023 [12:58]
Qodji ən qiymətli dərman bitkilərindən biridir
- 11.08.2023 [11:58]
Çimərlik və turizm obyektlərində qidalanma
- 11.08.2023 [01:09]
Səs titrəməsindən istifadə edilən qədim müalicə üsulu
- 05.08.2023 [15:52]
Hicama zamanı nəzərə alınmalı məqamlar
- 05.08.2023 [12:25]
Çay kimi tanınan sitrus bitkisi - Berqamot
- 04.08.2023 [12:42]
“Omeqa-3” balıq yağının faydaları və istehlak qaydaları
- 04.08.2023 [02:43]