Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Həkimlər və tibb işçiləri koronavirusla mübarizənin ön cəbhəsində dayanır

Həkimlər və tibb işçiləri koronavirusla mübarizənin ön cəbhəsində dayanır

Bakı, 5 iyul, AZƏRTAC

Sars virusunun qohumu adlandırılan və ilk olaraq Çində ortaya çıxan COVID-19 adlı virus dekabrdan bu yana demək olar ki, bütün dünyaya yayılıb, ümumilikdə on milyondan çox insan bu virusa yoluxub, 500 mindən çox insan isə vəfat edib. Dünyanın bir çox ölkələrini ağuşuna alan ölümcül virusla bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmiləri davamlı olaraq hər gün açıqlamalar verir, dünyadakı durumu diqqətə çatdırırlar.

AZƏRTAC Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Aydın Tağıyevin bu günlərdə koronavirusla mübarizədə fədakarlıq göstərən həkimlərimizlə bağlı hazırladığı yazını təqdim edir.

Yeni virus dövlətlərin sağlamlıq sistemlərini, cəmiyyətin maariflənmə və kommunikasiya səviyyəsini, hökumətlərin qərar qəbulunda çevikliyini, iqtisadiyyatın davamlılığını sınağa çəkir. Pandemiya ilə bağlı təhlükənin ciddiliyi bütün hədləri aşıb. Virus təhlükəsi hər bir dövlətin ümummilli işinə çevrilib desək yanılmarıq.

Koronavirus pandemiyasının qarşısının alınması bəşəriyyət üçün ən qlobal problemə çevrilib. İstər ÜST, istərsə də dünyanın inkişaf etmiş aparıcı dövlətləri planetimizi bu bəladan xilas etmək üçün bütün güclərini səfərbər ediblər.

Pandemiyanın zərərlərini minimuma endirmək üçün Azərbaycan dövləti tərəfindən əhəmiyyətli və sistemli tədbirlər görülməkdədir. Ölkəmizin bu sahədə vəziyyətinin digər ölkələrlə müqayisədə xeyli dərəcədə qənaətbəxş olduğunu söyləyə bilərik. Təbii ki, bunda Prezident İlham Əliyevin zamanında verdiyi qərarlar və hökumətin gördüyü profilaktik tədbirlərin əhəmiyyətli rolu var.

Dünyanın bütün ölkələrində koronavirusla mübarizənin ön cəbhəsində həkimlər və digər tibb işçiləri dayanır. Virusa yoluxanların çoxu, ilk növbədə, onların səfərbərliyi, səyləri nəticəsində yaxşılaşır, hətta tam sağalırlar. Bu baxımdan ölkəmizdə də vəziyyət oxşardır. Bildiyimiz kimi, həkimlər öz həyatlarını riskə atmaqla, ilk növbədə, şübhəli şəxsləri qarşılayır, onları təcrid olunan ərazilərə aparır, xəstəxanalarda infeksiyaya yoluxan şəxslərin birbaşa müalicəsi ilə məşğul olurlar. Həkimlər və tibb işçiləri hər an infeksiyaya yoluxma riski ilə üz-üzədirlər.

Təəssüflər olsun ki, koronavirusa yoluxan xəstələri müalicə edən və virusa yoluxma təhlükəsinə olduqca yaxın olan həkimlər, çətin iş şəraitindən sonra da öz asudə zamanlarını ailələri ilə birlikdə keçirə bilmirlər. Bu həkimlər ölkəmizdə ilk yoluxma faktının qeydə alındığı vaxtdan bu günə qədər işdən sonra hər kəsdən təcrid olunmuş şəkildə yaşayırlar. Onlar aylardır hətta öz ailə üzvlərini belə görmürlər.

Mövsümlə əlaqədar olaraq, pandemiya ilə mübarizə aparan həkimlərin, tibb işçilərinin iş şəraiti həddindən artıq ağırdır. Saatlarla xüsusi geyimin içində qalmaq çox çətindir. Təsəvvür edin ki, bu xüsusi geyimlər hava buraxmır. Amma onların əynində təkcə bu geyim olmur, həmçinin xüsusi eynəklər, bir neçə qat maska və əlcəklərdən istifadə də məcburidir. İnsan yəqin ki, bu geyimin içində özünü çox narahat hiss edər. Bütün bu sadalananları geyinən tibb işçiləri demək olar ki, yemək-içməkdən məhrum olur və digər zəruri tələbatlarını belə ödəyə bilmirlər. Bəli, bizim fədakar həkimlərimiz, tibb bacılarımız və digər bütün tibb işçilərimiz xəstəliklə mübarizəni bu şəraitdə, cəsarətlə və peşəkar formada davam etdirirlər. Təəssüf hissi ilə qeyd etməliyəm ki, bu günə qədər COVID-19 infeksiyasından dünyasını dəyişənlər arasında həkimlərimiz də az deyil.

Bəli, fəxrlə deyə bilərik ki, fədakar həkimlərimiz peşələri üçün canından belə keçməyə hazırdırlar. Hər gün işdən yorğun çıxsalar da, çalışırlar ki əhvallarını yüksək tutsunlar, ruhdan düşməsinlər, ümidlərini itirməsinlər, üzlərindəki təbəssümü həmişə qoruyub saxlasınlar. Bu gün insanların şəfa tapmasına yardım etdikləri üçün qürur duyurlar. İnsanlara kömək, yardım etdikcə, şəfa tapan xəstələri gördükcə, özlərini xoşbəxt hiss edirlər.

Nəzərə almaq lazımdır ki, bu gün ölkəmizin koronavirusla uğurlu mübarizəsinin təməlində məhz bu günə qədər səhiyyə sistemində aparılan islahatlar və quruculuq işləri də müstəsna rol oynayır. Əgər bu gün Azərbaycanın müasir xəstəxanaları və peşəkar tibb heyəti olmasaydı, virusla mübarizədə vəziyyəti də pis olardı.

Düşünürəm ki, hər birimiz pandemiya ilə mübarizənin ön cərgələrində bizim üçün, xalqımız üçün həyatını təhlükəyə atan tibb işçilərinin əməyini yüksək tutmalı, onların əziyyətinə laqeyd yanaşmamalıyıq. Heç şübhəsiz, bu qəhrəmanların arasında çoxumuzun aylardır görmədiyimiz qohumlarımız, yaxınlarımız, yaxud da ailəmizdən biri var. Faktiki olaraq onlar öz həyatları bahasına gözəgörünməz düşmənlə mübarizədə əsl qəhrəmanlıq nümayiş etdirirlər.

Bütün dünyada minlərlə insanın ölümünə səbəb olmasına baxmayaraq təəssüf ki, hələ də koronavirusun olmadığına inanalar var və belələrinin sayı elə də az deyil. Nəticədə həmin insanlar tək özlərinin deyil, başqalarının da sağlamlığını təhlükəyə atmış olurlar. Bəzi az saylı qruplar var ki, bu gün bütün görülən işlərə qara yaxmaqla vətəndaşlarımızı çaşdırmağa çalışırlar. Onlar müxtəlif sosial şəbəkələr vasitəsilə əhalinin virusa inanmamağı üçün çağırışlar edirlər. Bu tip çağırışlar pislənməli və insanlarımız tərəfindən qınanmalıdır.

Artıq qeyd etdiyimiz kimi, bu gün koronavirusla mübarizədə çalışan tibb işçiləri demək olar ki, istirahət etmirlər. Etinasızlıqdan artan həyəcan isə onları daha çox narahat edir. Çünki hazırkı durumda dünya təbabətdən, həkimlərdən asılı vəziyyətdədir.

Pandemiya ilə mübarizədə çalışan həkimlər tez-tez televiziya kanalları, xəbər saytları və sosial şəbəkələr vasitəsilə əhaliyə səslənərək onlara mövcud durumu izah etməyə çalışır, vətəndaşları məsuliyyətli olmağa çağırırlar.

Anlamalıyıq ki, biz sosial izolyasiya və karantin qaydalarına tam məsuliyyətlə əməl etməklə ilk növbədə özümüzü, ailə üzvlərimizi, nəticə etibarı ilə cəmiyyətimizi, eləcə də həkimlərimizi də qorumuş oluruq. Axı onların da gözü yolda qalan ailəsi var...

Mövcud vəziyyət göstərdi ki, dünyanın ən inkişaf etmiş ölkələrinin belə səhiyyə sistemi yeni növ koronavirusla mübarizəyə tam hazır deyil. Azərbaycanın məsələyə yanaşması isə təsdiq etdi ki, bu bəşəri bəla ilə mübarizədə səhiyyə sistemi ilə yanaşı cəmiyyətin həmrəyliyi əhəmiyyətli rola malikdir.

Həmçinin digər ölkələrin təcrübəsi göstərir ki, dövlət qurumlarının səmərəli tədbirləri ilə yanaşı, əhalinin də göstərilən tədbir və tövsiyələrə intizamla əməl etməsi nəticəsində lazımi nəticə əldə etmək mümkündür. İndi həmişə olduğundan daha çox həmrəyliyə, sosial məsuliyyətə və həyata keçirilən zəruri tədbirləri dəstəkləməyə ehtiyac var. Unutmaq lazım deyil ki, birlik və həmrəylik, eləcə də bir vətəndaş kimi dövlətə dəstək olmaq pandemiya ilə mübarizədə uğur qazanmağın əsas şərtlərindəndir.

Tarixə nəzər salsaq görərik ki, bu, bəşəriyyətin üzləşdiyi ilk hal deyil, dünya tarixində dəfələrlə bu cür pandemiyalar olub, milyonlarla insan onların qurbanına çevrilib. Son 30 ildə 36 milyon insanın həyatına son qoyan QİÇS, ebola, donuz qripi, sars, mers, zika kimi təhlükəli virusları misal göstərmək olar.

İnsan oğlu gərək hər bir halı ilə ehtiyatlı ola. Sosial çağırışlarda deyildiyi kimi, qapıları bağla! Özünü xilas et! Ailəni xilas et! Sonra peşman olma! Hazırkı duruma laqeyd yanaşmaq olmaz!

İnsan zəkasının hüdudları sonsuzdur. Sonda mütləq elm, təbabət koronavirusa qalib gələcək. Çalışaq, həmin vaxta qədər qorunaq, özümüzdən və əzizlərimizdən muğayat olaq, sağlam qalaq. İnanıram ki, təhlükəli virusa qalib gələcəyimiz gün uzaqda deyil!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər