CƏMİYYƏT


Həmyerlisinə bıçaqla xəsarət yetirən şəxs polis tərəfindən saxlanılıb

Bakı, 5 yanvar, AZƏRTAC

Xəzər rayonunun Mərdəkan qəsəbəsi sakini İlham Xəlilov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. O, izahatında xəsarəti yıxılması nəticəsində aldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis idarəsinin 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin gün Mərdəkan qəsəbəsində İ.Xəlilovla həmyerlisi Pərviz Nəzəri arasında münaqişənin baş verməsi və bu zaman sonuncunun ona bıçaqla xəsarət yetirdiyi müəyyənləşdirilib.

Görülmüş tədbirlər nəticəsində P.Nəzəri polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.