MƏDƏNİYYƏT


Hər bir millətin bayrağı onun milli kimliyinin ifadəsidir

Bakı, 7 noyabr, AZƏRTAC

Noyabrın 7-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci ilə birgə Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə muzey əməkdaşları tərəfindən mövzu ilə bağlı mühazirələr oxunub, videoçarx nümayiş etdirilib.

Bildirilib ki, hər bir millətin bayrağı onun milli kimliyinin, dilinin, mədəniyyətinin, dini-mənəvi əxlaqının, ideologiyasının ifadəsidir. Bayrağa hörmət və ehtiram dünya xalqlarını birləşdirən dəyərlərdən biridir. Bu ehtiram Azərbaycan xalqında xüsusilə qabarıq şəkildə özünü büruzə verir. Bunun da bir səbəbi üçrəngli bayrağın çox keşməkeşlərdən, qadağalardan keçib bu günümüzə çatmasıdır. Onun yenidən üzə çıxması, dövlət rəmzinə çevrilməsi üçün xalqımız minlərlə qurban vermişdir.

Qeyd edilib ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.

Xüsusi olaraq vurğulanıb ki, 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

Tədbirdə noyabr ayının xalqımızın ictimai-siyasi həyatında daha bir gün – 12 noyabr – Konstitusiya Günü ilə də əlamətdar olduğu bildirilib.

Sonda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, həmçinin kollecin tələbələri musiqi nömrələri, şerlərlə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.