CƏMİYYƏT
Hər gün bir fincan qəhvə içilməsi xərçəngin inkişaf riskini azaldır
Bakı, 8 avqust, AZƏRTAC
İnsanın hər gün bir fincan qəhvə içməsi xərçəng xəstəliyinin müxtəlif formalarının inkişaf riskini azaldır və effektiv profilaktik vasitə ola bilər. Xəstəliyin inkişaf riski orta hesabla 26 faiz azalır.
AZƏRTAC “Arqumentı nedeli” saytına istinadla xəbər verir ki, tədqiqata 11 min könüllü cəlb edilib. Müalicə olunan pasiyentlərdən onların qidalanma adətləri, gündəlik rejimlər və üstünlük verdikləri yeməklər barədə soruşulub.
Tibb alimləri əlavə edirlər ki, xərçəngin inkişaf profilaktikası üçün qəhvədən sui-istifadə etmək və gündə 2 fincandan artıq içmək olmaz. Çünki çox qəhvə içilməsi mədə şirəsində turşuluğun xeyli dəyişməsinə səbəb olur, habelə ürək-damar sisteminin fəaliyyətinə mənfi təsir göstərir.