SİYASƏT


Hərbi hissə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri ilə seminar keçirilib

Bakı, 15 may, AZƏRTAC

Azərbaycan Ordusunun döyüş hazırlığı planına əsasən, hərbi hissə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri, ictimaiyyətlə əlaqələr üzrə baş köməkçiləri, həmçinin mədəni-kütləvi iş üzrə köməkçiləri ilə “Hərbi qulluqçuların mədəni-asudə vaxtlarının və xidmət şəraitinin təşkilinin aktual məsələləri” mövzusunda seminar keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminarda çıxış edən müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev cari ilin ötən dövründə hərbi bölmələrdə ideoloji iş və mənəvi-psixoloji təminat fəaliyyətinin, eləcə də ictimaiyyətlə əlaqələr işinin hərbi qanunvericilik aktlarının tələblərinə uyğun təşkil edildiyini, bu sahənin daim diqqət mərkəzində olduğunu vurğulayıb. Nazir müavini vəzifəli şəxslərin Ali Baş Komandanın, müdafiə nazirinin bütün tələb və göstərişlərini məsuliyyətlə yerinə yetirəcəklərinə əmin olduğunu qeyd edib.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi - Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini general-mayor Rasim Əliyev 2019-cu il ərzində hərbi vətənpərvərlik tərbiyəsi, mənəvi-psixoloji təminat, hərbi intizamın yüksəldilməsi, hərbi qulluqçuların asudə vaxtının düzgün təşkili və digər sahələrdə görülmüş işlər barədə ətraflı məruzə ilə çıxış edib.

Sonra Azərbaycan Ordusunda ideoloji iş və mənəvi-psixoloji təminatın səviyyəsinin artırılması, hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində komandir heyətinin məsuliyyəti, hərbi xidmət təhlükəsizliyinin təmin edilməsi, hərbi intizamın möhkəmləndirilməsi, şəxsi heyətin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi və digər mövzularda məruzələr dinlənilib, bölmələrdə mədəni-asudə vaxtın təşkili məqsədilə tədris filmləri nümayiş olunub, bu işin daha səmərəli həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb, müvafiq təkliflər irəli sürülüb.

Sonda zabit heyətinə seminarın mövzusu ilə bağlı müvafiq tövsiyələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.