ORDU
Hərbi hissələrdə gənc əsgərlərə psixoloji dəstək fəaliyyətləri həyata keçirilir
Bakı, 23 avqust, AZƏRTAC
Hərbi hissələrdə gənc əsgərlərin hərbi xidmətə uyğunlaşması, mənəvi-psixoloji hazırlığı istiqamətində həyata keçirilən psixoloji iş davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin işçi qrupu tərəfindən hərbi hissələrin məsul şəxsləri ilə hərbi qulluqçuların fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi mövzusunda təlim-metodiki məşğələlər keçirilir və psixoloji iş fəaliyyətlərinin təşkil edilməsinə dair müvafiq tövsiyələr verilir.
Eyni zamanda, hərbi qulluqçularla qrup şəklində və fərdi olaraq psixoloji söhbətlər aparılır, hərbi xidmətə uyğunlaşma dövrünü yaşayan gənc əsgərlərə dəstək tədbirləri keçirilir.