SİYASƏT


Hərbi qulluqçular arasında beşnövçülük üzrə yarışlar keçirilib VİDEO

Bakı, 6 may, AZƏRTAC

Quru Qoşunlarının 2022-ci tədris ilinə hazırlıq planına uyğun olaraq hərbi qulluqçular arasında “Hərbi beşnövçülük” üzrə birincilik yarışları keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, açılış mərasimindən əvvəl xalqımızın ümummilli lideri Heydər Əliyevin, o cümlədən ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Qoşun növlərini və birləşmələri təmsil edən 10 komanda fərdi və komanda birinciliyi uğrunda mübarizə aparıb. Hərbi qulluqçular maneələr zolağının dəf edilməsi, avtomatdan atış, qumbaraatma, 8 kilometr məsafəyə kros və üzgüçülük növləri üzrə yarışlarda güclərini sınayıblar.

Yarışların keçirilməsində əsas məqsəd hərbi qulluqçuların fiziki və psixoloji dözümlülüyünün yoxlanılması, eləcə də güclü komandaların tərkibinin müəyyənləşdirilməsidir.

Yekun nəticələrə əsasən qaliblər diplom, kubok və medallarla mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.