Hesablama Palatasının audit proqramları təsdiq edilib
AzerTAg.az
Bakı, 8 sentyabr (AZƏRTAC). Hesablama Palatasının kollegiya iclasında 2011-2013-cü illər və 2014-cü ilin birinci yarısı üzrə Masallı Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə, Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin icrasına, dövlət rüsumlarının hesablanılması və ödənilməsinə dair hesabat və rəylər müzakirə olunub.
Palatadan AZƏRTAC-a verilən məlumata görə, müvafiq zəruri tədbirlərin görülməsi üçün kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.
Kollegiyada, eyni zamanda, dövlət büdcəsindən Qazax Mərkəzi Rayon Xəstəxanası üzrə ayrılan vəsaitlərin icrasına, Kürdəmir Rayon İcra Hakimiyyətinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından və Ağdaş Rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair audit proqramları təsdiq edilib.
Xəbərin mətnində orfoqrafik səhv var