Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammiti keçirilibVİDEO

Həştərxan, 29 sentyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, sentyabrın 29-da Rusiya Federasiyasının Həştərxan şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammiti keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi, İran Prezidenti Həsən Ruhanini, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu qarşıladı.

Dövlət başçıları birgə foto çəkdirdilər.

Sonra IV Xəzər Sammitində iştirak edən dövlət başçılarının məhdud tərkibdə görüşü oldu.

Geniş tərkibdə davam etdirilən görüşdə Sammitə ev sahibliyi edən Rusiya Federasiyasının Prezidenti Vladimir PUTİN çıxış edərək bildirdi ki, Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti Sammiti ənənəvi olaraq etimad, qarşılıqlı anlaşma və işgüzar şəraitdə, konkret nəticələr əldə etmək niyyəti ilə keçirilir. Ən başlıcası odur ki, dövlət başçıları tərəfindən ilk dəfə beştərəfli əməkdaşlığın əsas prinsiplərini müəyyən edən siyasi Bəyanat razılaşdırılıb.

Rusiya Prezidenti Xəzəryanı ölkələrin energetika, dəniz nəqliyyatı, balıqçılıq, ekologiya, Xəzərin bioloji müxtəlifliyinin qorunması və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışdı.

Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi.

Prezident İlham Əliyevin

çıxışı

- Hörmətli Vladimir Vladimiroviç!

Hörmətli prezidentlər!

Hörmətli Sammit iştirakçıları!

İlk növbədə göstərilən qonaqpərvərliyə və Sammitin uğurlu təşkilinə görə Rusiya Federasiyasının Prezidentli Vladimir Vladimiroviç Putinə minnətdarlığımı bildirmək istəyirəm.

Bakıya tarixən mehriban dostluq və əməkdaşlıq münasibətləri ilə bağlı Həştərxan şəhərində yenidən olmağıma şadam.

2010-cu ildə Bakıda keçirilən Üçüncü Xəzər Sammiti Xəzər dənizinin hüquqi statusuna dair başlıca məsələlərin, xüsusən milli zonanın eninin və dənizin bioloji ehtiyatlarının mühafizəsinin razılaşdırılmasına ümumi yanaşmaların işlənib hazırlanmasına dair məsələlərin həlli üzrə danışıqlar prosesinə yeni təkan verdi.

Bakı Sammitinin yekunlarına əsasən imzalanan “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” qaçaqmalçılığa, brakonyerliyə, qanunsuz miqrasiyaya, insan alverinə, mütəşəkkil cinayətkarlığa və terrorizmə qarşı mübarizə sahəsində sərhəd xidmətləri və digər dövlət qurumları arasında əməkdaşlığın və qarşılıqlı fəaliyyətin mühüm mexanizmini yaratdı.

Ötən dövrdə Xəzər dənizində əməkdaşlığın hüquqi bazasının möhkəmləndirilməsi üzrə xeyli iş görülüb. Tərəflər “Xəzər dənizində fövqəladə halların qabaqlanması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş”in razılaşdırılmasını başa çatdırıb, imzalanması üçün təklif ediblər. Xəzəryanı dövlətlərin bu sahədə əməkdaşlığının və qarşılıqlı fəaliyyətinin möhkəmlənməsi Xəzərdə daha səmərəli və təhlükəsiz fəaliyyətə xidmət edəcək.

Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında Azərbaycan Respublikası və Qazaxıstan Respublikası, Azərbaycan Respublikası və Rusiya Federasiyası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında ikitərəfli sazişlərin, habelə Azərbaycan, Qazaxıstan və Rusiya arasında üçtərəfli sazişin əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm. Bu sazişlər Xəzərin hüquqi statusunun hərtərəfli tənzimlənməsi üçün mühüm rol oynayır. Azərbaycan hesab edir ki, bu sazişlərdə təsbit olunmuş prinsiplər bütün Xəzəryanı dövlətlər arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsinə dair razılaşmalara nail olmaq üçün yaxşı əsas ola bilər.

Biz Xəzər dənizini dostluq, sülh, təhlükəsizlik və əməkdaşlıq dənizi hesab edirik. Azərbaycan Xəzəryanı dövlətlərlə qarşılıqlı hörmətə və etimada əsaslanan ikitərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirir. Xəzəryanı ölkələr arasında sıx dostluq münasibətləri və çoxvektorlu əməkdaşlıq bizim regionda sabitliyin, firavanlığın və təhlükəsizliyin rəhnidir.

Təəssüf ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti regional təhlükəsizliyə başlıca təhdiddir. Əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağ və Azərbaycanın bu bölgəyə bitişik daha yeddi rayonu iyirmi ildən çoxdur ki, Ermənistanın işğalı altındadır. Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Təəssüf ki, Ermənistan həmin qətnamələrə məhəl qoymamaqda davam edir və münaqişə həll olunmamış qalır. Bu münaqişə beynəlxalq hüquq normaları və Azərbaycanın bütün dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyü əsasında həll edilməlidir. Təəssüf ki, Ermənistandakı mövcud diktator rejimi müasir dünyanın reallıqlarını sağlam mövqedən qiymətləndirmək və beynəlxalq hüquq normalarını adekvat qəbul etmək iqtidarında deyil. Ermənistan rejimi öz cəmiyyətində Azərbaycana qarşı mağara insanı səviyyəsində nifrət hissi yaymaqla, azərbaycanofobiyanı dövlət siyasəti səviyyəsinə qaldırmaqla, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dinlərarası münaqişə kimi səciyyələndirməklə bu münaqişənin uzanmasının mümkün nəticələrinə görə birbaşa məsuliyyət daşıyır.

Xəzər dənizi regionunda ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsi, enerji ehtiyatlarının mənimsənilməsi və beynəlxalq bazarlara nəql edilməsi üzrə investisiya şəraitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyalar yaradılması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi bizim üçün prioritet olaraq qalır. Xəzər dənizi nəqliyyat dəhlizlərinin inkişafı üzrə bir sıra beynəlxalq və regional layihələrdə əlaqələndirici elementdir.

Azərbaycan Xəzərdə qonşuları ilə neft-qaz sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir. İran və Rusiya şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda neft-qaz ehtiyatlarının işlənilməsində sərmayədarlar kimi uğurla iştirak edirlər. Azərbaycan həm də Qazaxıstan və Türkmənistan şirkətləri üçün öz ərazisindən keçməklə neftin və neft məhsullarının tranzitini həyata keçirir. Azərbaycan, İran və Rusiya arasında üçtərəfli əməkdaşlıq çərçivəsində elektroenergetika və nəqliyyat sahəsində də yaxşı perspektivlər vardır. Bu il sentyabrın 22-də Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin birinci mərhələsi çərçivəsində Azərbaycanda bərə terminalı istifadəyə verilib. Bu limanın yükaşırma qabiliyyəti birinci mərhələdə on milyon ton yük və ildə əlli min konteyner olacaq. İki ildən sonra həyata keçirilməsi planlaşdırılan üçüncü mərhələ başa çatandan sonra limanın yükaşırma qabiliyyəti 25 milyon ton yükə və bir milyon konteynerə bərabər olacaq.

Həmkarlarıma bildirmək istəyirəm ki, keçən il Azərbaycanda yüksək dünya standartlarına cavab verən və bütün növlərdən olan gəmilər istehsal edə bilən yeni gəmiqayırma zavodu istifadəyə verilib. Bu zavod bizim ölkələrə nəqliyyat və kommunikasiyalar sahəsində layihələrin həyata keçirilməsi üzrə iqtisadi məsələlərin həlli üçün yeni imkanlar yaradır. Bizim yaratdığımız müasir logistika infrastrukturu ümumi işimizə böyük töhfədir və Xəzər dənizində əməkdaşlığı daha da dərinləşdirir.

Üçüncü Bakı Sammitinin protokol qərarının icrası üçün razılaşdırılmış “Xəzər dənizinin bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadə edilməsi haqqında Saziş”i xüsusi vurğulamaq istəyirəm.

Azərbaycan ekologiya sahəsində əməkdaşlığa çox böyük əhəmiyyət verir və Xəzərin ətraf mühitinin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin ümumi narahatlığına şərik çıxır. Biz daha səmərəli əməkdaşlığa ümumi səyi yüksək qiymətləndirir və Xəzər dənizinin ətraf mühitinin qorunmasına dair Çərçivə Konvensiyası üzrə işlərə öz töhfəmizi veririk.

Biz Bakı Sammitində qəbul edilmiş uzlaşdırılmış qərara sadiqliyimizi təsdiqləyərək, sahilyanı dövlətin suverenliyinin şamil edildiyi su məkanı da daxil olmaqla 25 dəniz mili ölçüsünü əsas götürərək milli zonanın eninin müvafiq şəkildə razılaşdırılmasına tərəfdarıq.

Biz dənizin dibinin həmhüdud sahələrinin bölünməsində əsas norma kimi hamılıqla tanınmış orta xətt prinsipini toxunulmaz hesab edir, dənizçilik, Xəzər dənizindən digər dənizlərə sərbəst gediş-gəliş və tranzit məsələlərinə böyük əhəmiyyət veririk.

Azərbaycan həm də Xəzərdəki qonşularımızla hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. Hesab edirik ki, Xəzər dənizində tərəflərin silahlı qüvvələrinin iştirakı və hərbi fəaliyyəti bütün Xəzəryanı dövlətlər üçün bərabər təhlükəsizlik şərtlərinin təmin edilməsi prinsipi əsasında həyata keçirilməlidir. Bu, region dövlətləri arasında qarşılıqlı etimadın güclənməsinə xidmət edəcək. Xəzər dənizi bundan sonra da sülh, dostluq, əməkdaşlıq və mehriban qonşuluq zonası olaraq qalmalıdır.

Sonda, heç şübhəsiz, bizim qarşımızda duran mühüm məsələlərin qəti həlli üçün Xəzəryanı dövlətlərin mövqelərinin daha da yaxınlaşmasına xidmət edəcək bu Sammitin təşkilinə görə Rusiya tərəfinə bir daha təşəkkürümü bildirirəm. Həmçinin əməkdaşlığın bütün sahələrinə, o cümlədən Xəzər dənizinin hüquqi statusuna aid məsələlərin Xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət və qarşılıqlı faydalı tərəfdaşlıq ruhunda həllinə tərəfdar olduğumu təsdiq etmək istəyirəm.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X
İran İslam Respublikasının Prezidenti Həsən RUHANİ Xəzərin bioloji resurslarından istifadə ilə yanaşı, Xəzərətrafı ərazilərdə turizmin inkişafı, dəniz gəmiçiliyinin genişləndirilməsi və bütövlükdə Xəzər dənizinin imkanlarından istifadədə sahil ölkələrinin birgə investisiya qoyuluşunun əhəmiyyətinə diqqəti çəkdi. O, xalqlarımız üçün sülh və sabitlik dənizi olan Xəzərin sahillərində yerləşən ölkələrin hazırda dünyanı təhdid edən ekstremizm və terrorizmə qarşı mübarizədə birgə səylərinin də zəruriliyinə toxundu. Həsən Ruhani bu Sammitdə müzakirə olunan məsələlərin və imzalanacaq sənədlərin əhəmiyyətindən də danışdı.
X X X
Qazaxıstan Prezidenti Nursultan NAZARBAYEV Bakı Sammitindən sonrakı dövr ərzində Xəzərin statusunun müəyyən edilməsi ilə bağlı aparılan danışıqlar prosesindəki irəliləyişlərdən söhbət açdı və bunun sayəsində təhlükəsizlik sahəsində razılaşmanın imzalandığını vurğuladı. Xəzər dənizində təhlükəsizlik və əməkdaşlıq şəraitinin getdikcə gücləndiyini qeyd edən Qazaxıstan Prezidenti dövlət başçılarının bu gün imzalayacağı birgə Bəyanatın əsas məqsədə - yaxın zamanlarda Xəzərin hüquqi statusuna dair konkret sənədin qəbul olunacağına təkan verəcəyinə əminliyini ifadə etdi.
X X X
Türkmənistan Prezidenti Qurbanqulu BERDİMƏHƏMMƏDOV bu Sammiti Xəzərin statusunun müəyyən edilməsində hüquqi bazanın yaradılmasına yeni töhfə verəcəyinə inamını bildirdi. O qeyd etdi ki, Türkmənistan beştərəfli əməkdaşlığın Xəzəryanı ölkələrin inkişafına təsirini yüksək dəyərləndirir. Türkmənistanın dövlət başçısı Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı sənədin imzalanması üçün tərəflərin mövqelərinin yaxınlaşmasını müsbət hadisə kimi dəyərləndirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"Ədibin Evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI