Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Heydər Əliyev Fondunun dəstəyi ilə Qubada ənənəvi yəhudi evi bərpa olunacaq VİDEO

Quba, 23 may, Elxan Yusifli, AZƏRTAC

Heydər Əliyev Fondunun dəstəyi ilə Qubada dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbədə ənənəvi yəhudi evi bərpa olunacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Qırmızı qəsəbədə yəhudilərin ənənəvi evinin bərpası layihəsi” Amerika Birləşmiş Ştatlarının, İsrailin ölkəmizdəki səfirlikləri və Dağ Yəhudilərinin İrsi Mərkəzi ilə birlikdə həyata keçirilir.

Mayın 23-də Qubada layihənin başlanması ilə əlaqədar təşkil olunan tədbirdə Heydər Əliyev Fondunun departament direktoru, Milli Məclisin deputatı Soltan Məmmədov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Örl Litzenberqer, İsrailin ölkəmizdəki səfiri Corc Dik iştirak edib.

Mərasim Qırmızı qəsəbədə dünyada ilk dəfə yaradılan Dağ Yəhudiləri Muzeyinin qarşısında təşkil olunub.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxışında Qubanın tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar, rayondakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verib. Bildirilib ki, Qırmızı qəsəbədə sinaqoqlar, yəhudi dinini öyrədən dərnəklər, turist informasiya mərkəzi və bir çox digər görməli yerlər var.

“Prezident İlham Əliyevin xüsusi önəm verdiyi multikulturalizm ənənələrinin əsl nümunələrindən birini Qubanın Qırmızı qəsəbəsində görmək olar. Burada dağ yəhudiləri uzun illərdir tolerantlıq şəraitində yaşayırlar. Qubada dağ yəhudiləri ilə yanaşı, 20-dən çox etnik azlıqların nümayəndələri dostluq, qardaşlıq şəraitində, heç bir ayrı-seçkiliyə məruz qalamadan birgə yaşayır. Bu gün qeyd olunan layihənin Qubada reallaşmasına görə təşəkkür edirəm. Dağ yəhudilərinə məxsus evin bərpası həm tarixi, həm də turistik baxımdan böyük əhəmiyyət daşıyır”, - deyə Ziyəddin Əliyev bildirib.

Heydər Əliyev Fondunun departament direktoru, Milli Məclisin deputatı Soltan Məmmədov bildirib ki, bu gün Azərbaycan bütün regionda sülh, əməkdaşlıq, dostluq, multikulturalizm dəyərləri və birlik siyasətini təbliğ edir. Qazandığımız və regionda nümayiş etdirdiyimiz bu dostluq siyasəti xalqımızın həmrəyliyi və beynəlxalq əməkdaşlarımızla olan sıx münasibətlərimizin nəticəsidir. Heydər Əliyev Fondu yarandığı gündən Azərbaycanın tarixi, mədəniyyəti və milli dəyərlərinin dünyada təbliği ilə yanaşı, həm ölkəmizdə, həm də Azərbaycandan kənarda müxtəlif dinlərin qardaşlığı, xalqların birliyi və dostluğu ilə bağlı çoxsaylı layihələr həyata keçirib.

Müasir Azərbaycanın qurucusu Heydər Əliyevin və bu gün onun yolunun davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas istiqamətlərindən biri məhz multikulturalizm və dinlər arasında dostluq, qardaşlıq təşkil edir. Azərbaycan tərəfindən multikulturalizm dəyərlərinin təbliği beynəlxalq ictimaiyyət tərəfindən tanınır və qəbul olunur. Multikulturalizm Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir.

“Heydər Əliyev Fondu Fransanın müxtəlif vilayətlərində ondan çox kilsənin, o cümlədən Strasburq Kafedral kilsəsinin bərpa olunmasında yaxından iştirak edib. Bundan başqa, müsəlman aləmi üçün böyük bir yenilik olan, Azərbaycan Vatikanla əməkdaşlıq çərçivəsində katakombaların bərpasında çox böyük işlər görülüb. Fondun təşəbbüsü ilə ölkəmizdə də bir sıra dini məbədlərin bərpası həyata keçirilib. İsrail səfirliyi ilə əməkdaşlıq çərçivəsində Heydər Əliyev Fondu tərəfindən yəhudi uşaqları üçün tədris mərkəzinin açılması, sinaqoqun təmir olunması, bu yaxınlarda isə İsmayıllının Mücü kəndində yəhudi qəbiristanlığının bərpası kimi layihələr həyata keçirilib”, - deyə Soltan Məmmədov bildirib.

Soltan Məmmədov Heydər Əliyev Fondunu iştirakı ilə reallaşan “Qırmızı qəsəbədə yəhudilərin ənənəvi evinin bərpası layihəsi”nin turizm baxımından çox əhəmiyyətli olduğunu və buranın gələcəkdə qonaqpərvərliyin bir nümunəsi kimi təqdim olunacağını qeyd edib.

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva hər zaman bütün bu layihələrin icrasına xüsusi diqqət yetirir. Xüsusilə Azərbaycanda yaşayan milli azlıqların bərabərhüquqlu həyat tərzi, Azərbaycan ictimaiyyətinin ayrılmaz bir hissəsi, dövlətimizin həyata keçirdiyi dinlərarası siyasətdən bəhrələnməsi üçün böyük dəstək göstərir”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Örl Litzenberqer Azərbaycanda mədəni müxtəlifliyin bariz nümunəsi olacaq və turistlərinin diqqətini çəkəcək layihədə iştirak etməkdən məmnunluğunu ifadə edib. “Burada Azərbaycan, ABŞ və İsrail bayraqlarının yanaşı dayanması məndə çox dərin təəssürat yaradır. Bu üç bayraq dini tolerantlıq və multikulturalizm siyasətinin əsas qayəsi, istiqaməti seçən ölkələri təmsil edir. Tolerantlıq bir-birimizin fərqliliklərini anlamaq və buna dözmək deyil. Bu müxtəliflikləri qeyd etmək və bəşəriyyətin dəyərləri olan bu fərqlilikləri qucaqlamaqdır. Biz bundan əvvəl də Heydər Əliyev Fondu və İsrail səfirliyi ilə ayrı-ayrılıqda bir sıra layihələr həyat keçirmişik. Amma bu üç qurumun birlikdə həyata keçirdiyi ilk layihə olacaq. Bununla da daha bir ənənənin əsası qoyulur.

Mən fəxr hissi duyuram ki, ABŞ və İsrail Azərbaycanın dostları kimi bu ölkənin zəngin tarixinə, əsrarəngiz təbiətinə, gözəl insanlarına dəstək olur. Heydər Əliyev Fonduna həm Azərbaycanda həm də ölkədən kənarda, dünya miqyasında gördüyü işlərə görə təşəkkür edirəm”, - deyə səfir söyləyib.

İsrailin ölkəmizdəki səfiri Corc Dik Qubada həyata keçirilən unikal layihəyə dəstək göstərən tərəfdaşlara təşəkkür edib: “Qırmızı qəsəbədə Fətəli xan küçəsindən keçdik. Fətəli xan təxminən 300 il əvvəl bu yaşayış məntəqəsinin əsasını qoyub. Bu qəsəbənin salınması dağ yəhudilərinin təhlükəsizliyinin təmin olunması, onların dini etiqadlarını rahat şəkildə həyata keçirməsi, eyni zamanda onların tərəqqisi və rifahı, uşaqlarını rahat böyütməsi üçün vacib idi. Sonradan bura Azərbaycanın digər yerlərindən, Rusiyadan yəhudilər toplaşıblar. Buna görə də burada hər icmanın öz sinaqoqu var. Sonradan bura “Qafqazın Yerusəlimi” adı verilib. Keçmişə səyahət etmək imkanım olsaydı, Fətəli xanla görüşüb ona xoş niyyətin bu gün də davam etdiyini çatdırardım”.

Səfir Corc Dik İsrail dövləti və xalqı adından Azərbaycana təşəkkür edib. “Qırmızı qəsəbə yəhudilərin və azərbaycanlıların birgə yaşadığı icmadır. Bu gün tarixi gün yaşanır. Burada ənənəvi yəhudi evi bərpa olunacaq. Qırmızı qəsəbədəki icmanın dünyada oxşarı yoxdur. Burada yaşan icma üzvləri istəyirlər ki, qəsəbəyə investisiyalar cəlb olunsun. Buradakı iqtisadi şərait daha da yaxşılaşsın. Bütün bu işlərdə dəstəyini göstərən tərəfdaşlara təşəkkür edirəm”, - deyə C.Dik qeyd edib.

Tədbirdə Qırmızı qəsəbə sakini Nisim Nisimov çıxış edərək ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin qəsəbəyə səfərləri, onların yerli icmaya diqqət və qayğısı barədə danışıb.

Yüz ildən çox yaşı olan yəhudi evinin bərpasının əsas məqsədi yerli etnik və dini mədəniyyəti qorumaq, eyni zamanda, yeni turizm imkanları yaratmaqdan ibarətdir.

Tədbirin sonunda layihənin icrası ilə bağlı məlumat verilib.

Heydər Əliyev Fondunun dəstəyi ilə Qubada ənənəvi yəhudi evi bərpa olunacaq VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib