Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin irsinin tədqiqi ilə bağlı elmi-praktik seminar keçirilib

Bakı, 10 dekabr, Aidə Quluzadə, AZƏRTAC

Dekabrın 10-da ümummilli lider Heydər Əliyevin irsinin tədqiqi ilə bağlı elmi-praktik seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən seminarın məqsədi Ulu Öndərin irsinin, dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin tədqiqi və geniş təbliği, ictimaiyyətin bu ideyalar ətrafında sıx birləşdirilməsi olub.

“Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” mövzusundakı seminarda rəsmi şəxslər, Milli Məclisin deputatları, alimlər, ictimaiyyətin nümayəndələri, ali təhsil müəssisələrinin tələbələri iştirak ediblər.

Seminarın açılışında çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Ulu Öndərin dövlətimiz və xalqımız qarşısında göstərdiyi mühüm xidmətlərdən danışıb. Bildirib ki,

ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətini və xalqını zamanın çətin sınaqlarından çıxararaq, ölkənin bütün sahələrdə tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir. Məhz onun Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmiz sürətli inkişaf yoluna qədəm qoyub, beynəlxalq aləmdə özünə layiqli yer tutub və nüfuz qazanıb. Qeyd edilib ki, Heydər Əliyevin ömür yolu Vətənə xidmətin rəmzinə çevrilib.

Anar Ələkbərov, eyni zamanda, Heydər Əliyev Mərkəzinin Ulu Öndərin zəngin irsinin tədqiqi və təbliği istiqamətində gördüyü işlərdən, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması məqsədilə ölkədə və xaricdə reallaşdırılan layihələrdən söhbət açıb.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov çıxışında bildirib ki, Ümummilli Liderin həyatı və fəaliyyəti hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı müstəqil dövlətimizi anarxiyadan, parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas etdi.

Müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən parlaq səhifəsi məhz Heydər Əliyev tərəfindən yazılıb. Bu gün Prezident İlham Əliyev tərəfindən Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan sürətlə inkişaf edir. Ölkəmizin beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb.

Baş nazirin müavini vurğulayıb ki, ümummilli lider Heydər Əliyev daim mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsini milli varlığımızı yaşatmağın və təsdiq etməyin ən önəmli məsələsi kimi daim diqqətdə saxlayıb. Ulu Öndər Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, xalqımızın milli intibah və inkişafının ideya təməli olan konsepsiyanı – azərbaycançılığı da nəzəri və təcrübi yönlərdə yüksək səviyyəyə qaldırıb. Azərbaycançılığın ümummilli ideologiya halına gəlməsi, onun bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müstəqil dövlətimizin əsasına çevrilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır.

Qeyd edilib ki, Heydər Əliyevin öz həmvətənlərinə müqəddəs əmanət qoyduğu müstəqil Azərbaycan onun ölməz ideyalarının işığında gələcəyə inamla addımlayır.

Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova dünyanın məşhur siyasətçilərinin Ulu Öndər haqqında söylədikləri kəlamları iştirakçıların diqqətinə çatdırıb. O deyib ki, Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirib və xalqımızın taleyində silinməz izlər qoyub. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır.

Bildirilib ki, dünya şöhrətli şəxsiyyət, böyük dövlət xadimi Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilib, Azərbaycanın inkişaf tarixində silinməz izlər qoyub. Onun böyük zəhməti nəticəsində Azərbaycan dünyanın siyasi meydanında öz sözünü deyə bilən qüdrətli dövlətə çevrilib. Dünyanın ən tanınmış siyasətçiləri bu böyük zəka sahibinin fəaliyyətini, onun dəyərli irsini yüksək qiymətləndirirlər.

Tədbirdə digər çıxış edənlər Heydər Əliyev Mərkəzi tərəfindən reallaşan bu layihənin əhəmiyyətini qeyd ediblər. Vurğulanıb ki,

ümummilli lider Heydər Əliyevin Azərbaycana, doğma xalqına həsr etdiyi ömür yolu bu günün və gələcəyin gəncləri üçün parlaq nümunə, tərbiyə məktəbidir.

Sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov seminara başlayıb. O, tədbir iştirakçılarına ümummilli lider Heydər Əliyevin həyatı, zəngin fəaliyyəti, ölkəmiz və xalqımız qarşısında misilsiz xidmətlərindən söhbət açıb.

Qeyd edilib ki, Ulu Öndərin irsinin öyrənilməsi üzrə seminarlar Heydər Əliyev Mərkəzi tərəfindən mütəmadi olaraq keçirilir.

Layihə çərçivəsində tanınmış elm adamları Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzularda mühazirələr oxuyur, interaktiv müzakirələr aparılır. İctimaiyyət üçün açıq olan seminarlarda dinləyici qismində hər kəs iştirak edə bilər. Seminarların gələcəkdə regionlardakı Heydər Əliyev mərkəzləri ilə video bağlantılar formatında keçirilməsi də nəzərdə tutulub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY