CƏMİYYƏT
Heydər Əliyev Mərkəzinin binası üzərində İtaliya bayrağı videoproyeksiya olunub VİDEO
Bakı, 8 aprel, AZƏRTAC
Azərbaycanın koronavirus (COVID-19) xəstəliyinin geniş yayıldığı ölkələrlə həmrəylik ifadəsi olaraq aprelin 8-də Heydər Əliyev Mərkəzinin binası üzərinə İtaliya Respublikasının bayrağı videoproyeksiya olunub.
AZƏRTAC xəbər verir ki, bayraq təsvirini italyan musiqisi müşayiət edib.
Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Videoproyeksiya ölkələrin adlarının ingilis dilindəki əlifba ardıcıllığına uyğun olaraq həyata keçirilir. Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [21:02]
Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan
- 26.04.2024 [20:21]
Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib
- 26.04.2024 [20:05]
Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar
- 26.04.2024 [19:29]
Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb
- 26.04.2024 [19:12]