MƏDƏNİYYƏT
Heydər Əliyev Sarayında uşaqlar üçün bayram konserti keçiriləcək
Bakı, 17 may, AZƏRTAC
İyunun 1-də Heydər Əliyev Sarayında Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş konsert olacaq.
AZƏRTAC xəbər verir ki, sarayın təşkilatçılığı ilə “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz və cəmiyyətin gələcəyidir” devizi altında keçiriləcək konsertdə “Aysel”, “Zirvə” və “Natiq” rəqs qruplarının, o cümlədən “Mehriban” və “Cücələrim” vokal qruplarının iştirakı ilə rəqslər, rəngarəng çıxışlar nəzərdə tutulur.
Konsertin biletlərini şəhərin kassalarından əldə etmək olar. Sarayın rəhbərliyi həmişəki kimi, bu bayram konsertinə də kimsəsiz, fiziki qüsurlu və əlil uşaqları təmənnasız olaraq dəvət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]
Görkəmli xanəndə Əlibaba Məmmədovun xatirəsi anılıb
Almaniyada əsgər çatışmır
- [16:32]
BDU-da “Türk otağı” açılıb
- [16:13]
Xocalı al lalələrlə bəzənib FOTO
- [15:39]