MƏDƏNİYYƏT


Heydər Əliyev Sarayında uşaqlar üçün yeni tamaşa - İşıqlı Kuklalar Şousu

Bakı, 9 yanvar, AZƏRTAC

Fevralın 17-də Heydər Əliyev Sarayında uşaqlar üçün orijinal və interaktiv yeni tamaşa “İşıqlı kuklalar şousu” təqdim olunacaq.

Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, öz kreativliyi ilə fərqlənən, 1 metrdən 8 metrədək ölçüsü olan yeni, parlaq, unudulmaz, qeyri-adi və unikal işıqlı kuklalar hər yaşda tamaşaçıların böyük marağına səbəb olacaq.

Nikolay Zıkov Teatrının təqdim etdiyi bu unikal tamaşa bənzərsiz uğurlarla bütün dünyada sevilir. Nikolay Zıkov dünyanın ən tanınan kuklaçılarından biridir. 200-dən çox kukla yaradan, Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 40-dan çox ölkəsində tamaşalarla çıxış edən N.Zıkov 20-dən çox kukla şousunun müəllifi, rejissoru, rəssamı və ifaçısıdır. Hansılar ki, yenilikçi yaradıcılıq fəaliyyəti və peşəkar ifaçılığına görə bir çox beynəlxalq mükafatlara layiq görülüb.

Saat 13:00-da başlayacaq şounun biletlərini Heydər Əliyev Sarayının və şəhərimizin kassalarından, “ASAN xidmət” mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.