Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində innovativ dərnəklər yaradılıb

Naxçıvan, 26 oktyabr, AZƏRTAC

Məktəbdənkənar təhsil müəssisələri uşaq və gənclərin maraq və bacarıqlarının, intellektual səviyyələrinin və yaradıcılıq qabiliyyətlərinin inkişafı, asudə vaxtlarının səmərəli təşkilində mühüm əhəmiyyət daşıyır. Buna görə də muxtar respublikada məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təşkili həyata keçirilən təhsil islahatlarının əsas istiqamətlərindəndir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 26-da Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində innovativ dərnəklər fəaliyyətə başlayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yaradıcılıq mərkəzində olub, dərnəklərin fəaliyyəti ilə maraqlanıb.

Məlumat verilib ki, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 61 otaq, şahmat sinfi, kitabxana, idman, gimnastika və iclas zalları yerləşir. Bu il Ali Məclis Sədrinin tapşırığı ilə mərkəzdə Robotexnika, Memarlıq-dizayn, Mental aritmetik, Xalçaçılıq, Metal üzərində bədii döymə, Ağac üzərində oyma, Ebru sənəti, Qum sənəti, Dulusçuluq, Dram, Gimnastika və Sürətli oxu dərnəkləri yaradılıb. Hazırda mərkəzdə 121 dərnək fəaliyyət göstərir. Həmin dərnəklərə 35-i sağlamlıq imkanları məhdud uşaq olmaqla 2856 şagird cəlb olunub.

Robotexnika dərnəyi üçün 11 kompüter, 10 robot və mebel dəsti, Xalçaçılıq dərnəyi üçün 5 hana, toxuma alətləri və iplər, Dulusçuluq dərnəyi üçün 6 dəzgah, Ebru sənəti üçün zəruri boya və xüsusi kağızlar, Metal üzərində bədii döymə, Ağac üzərində oyma dərnəyi üçün alətlər, Qum sənəti dərnəyi üçün stollar, Gimnastika dərnəyi üçün müvafiq idman alətləri alınıb. Memarlıq-dizayn dərnəyində 7 kompüter, rəqs otağında isə güzgü quraşdırılıb. Robotexnika və Mental aritmetik dərnəklərində elektron lövhələr quraşdırılıb. Bütün kompüter və elektron lövhələr internetə qoşulub.

Baxış zamanı qeyd olunub ki, Mental aritmetik dərnəyi şagirdlərdə sürətli və dəqiq şəkildə hesablama bacarığının artmasını, onlarda riyazi təfəkkürün inkişafını, yaddaşın və qavramanın, həmçinin özünə inam və yaradıcılıq qabiliyyətinin güclənməsini formalaşdıracaqdır. Sürətli oxu dərnəyi isə uşaqlarda daha az zaman ərzində daha çox məlumat öyrənmək, oxunulan məlumatları uzun müddət yadda saxlaya bilmək vərdişlərini inkişaf etdirəcəkdir.

Mərkəzin kitabxana fondunda 2820 kitab vardır. Burada şagirdlərin mütaliə vərdişlərinin formalaşdırılması üçün ardıcıl tədbirlər görülür, müzakirələr aparılır.

Ali Məclisin Sədri mərkəzin dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxıb. Qeyd olunub ki, sərgidə 200-dən artıq əl işi nümayiş olunur.

Robotexnika dərnəyinin yaradılmasında əsas məqsəd məktəblilərdə müasir biliklərə, yüksək texnologiyalara marağı artırmaqdır. Bu dərnək vasitəsilə şagirdlər dəqiqlik, analitik düşünmə, problem həlletmə, qərarvermə, komanda ilə işləmək kimi bacarıqlar, həmçinin təhsil müəssisələrində əldə etdikləri bilikləri real tətbiqetmə imkanı əldə edəcəklər. Onlarda mühəndisliyə maraq yaranacaq, informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəetmə bacarığı formalaşacaq, proqramlaşma üzrə bilikləri artacaqdır. Memarlıq-dizayn dərnəyi isə dərnək üzvlərində mühəndislik bacarıqlarının formalaşmasına, onların düşüncə tərzləri əsasında ən son proqram təminatlarından istifadə etməklə müxtəlif layihələrin hazırlanmasına geniş imkanlar açacaqdır.

Mərkəzdə Dulusçuluq, Metal üzərində bədii döymə, Ağac üzərində oyma və Xalçaçılıq dərnəklərinin yaradılması gənclərə xalq yaradıcılığı nümunələrini, dekorativ tətbiqi sənətin sirlərini öyrətmək və bunları yaşatmaq baxımından mühüm əhəmiyyət daşıyır. Gimnastika dərnəyi isə uşaqların bu idman növünün sirlərinə yiyələnməsi və fiziki cəhətdən sağlam formalaşmalarına töhfə verəcəkdir.

“Gənc Heydərçilər” dərnəyinin üzvləri ümummilli liderimiz Heydər Əliyevə, Azərbaycana və Naxçıvana həsr olunmuş şeirləri bədii qiraət ediblər. Rəqs dərnəyi üzvlərinin ifasında “Köçəri” yallısı təqdim olunub. Nağara, Vokal və Qarmon dərnəklərinin üzvləri isə milli musiqi nömrələri ilə çıxış ediblər. Bildirilib ki, Rəsm, Pianino, Bədii tikmə, Taxta üzərində yandırma, Şahmat, İngilis dili və digər dərnəklərə də uşaq və gənclərin böyük marağı vardır.

Dərnək rəhbərlərindən Elvin Budaqov, Akif Həsənov, Həsən Şükürov, Mehdi Məmmədov, Vilayət Əmirov və Səyyad Bayramov yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq ediblər.

Sonra mərkəzin kollektivi ilə görüş olub.

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək deyib ki, muxtar respublikada bütün sahələr kimi, təhsilin inkişafı da dövlət qayğısı ilə əhatə olunub. Uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarıqlarının üzə çıxarılması üçün zəruri tədbirlər görülür. Hazırda muxtar respublikada 36 məktəbdənkənar təhsil müəssisəsi vardır. Həmin müəssisələr arasında fəaliyyət imkanlarının genişliyi baxımından Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi xüsusilə seçilir. Ali Məclis Sədrinin tapşırığı əsasında yaradılan innovativ dərnəklər Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin fəaliyyətini daha da gücləndirəcəkdir. Rəhman Məmmədov muxtar respublikada istedadlı şagirdlərin üzə çıxarılması və onların potensiallarının inkişaf etdirilməsi üçün yaradılan şəraitə görə təhsil işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək rəhbəri Əfsanə Əmirova minnətdarlıq edərək deyib: “Uşaq və yeniyetmələrin asudə vaxtlarının mənalı təşkili üçün mərkəzdə nümunəvi tədris şəraiti yaradılıb. Uşaqların asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, onların intellektual inkişafı və istedadlarının üzə çıxarılması istiqamətində tədbirlər görülür, dərnək üzvlərinin sərgiləri təşkil olunur. Mərkəzdə innovativ dərnəklərin yaradılması da görülən işlərin davamıdır. Göstərilən diqqət müəllimləri daha da ruhlandırır. Əmin edirik ki, yaradılanları qoruyacaq, onlardan səmərəli istifadə edərək gənc nəslin təlim-tərbiyəsində səylə çalışacağıq”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir” fikirlərini xatırladaraq deyib: Gələcəyimiz olan uşaqlar hərtərəfli böyüməli, yaxşı təhsil almalıdır. Bu gün ölkəmizdə sabitlik və inkişaf vardır. Bütün sahələrin, o cümlədən təhsilin inkişafına qayğı göstərilir. Ümummilli Liderimizin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan savadlılıq səviyyəsinə görə dünyanın aparıcı ölkələri ilə bir sıradadır.

Ali Məclisin Sədri deyib: Muxtar respublikada gənclərin hərtərəfli təhsil almaları üçün lazımi tədbirlər görülür, müasir tədris avadanlıqları ilə təmin olunmuş məktəb binaları istifadəyə verilir. Bu gün Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzindəki dərnəklərdə fəaliyyət göstərən uşaqlar da ən müasir məktəblərdə təhsil alırlar. Uşaqların təhsili ilə yanaşı, onların istedad və bacarıqlarının üzə çıxarılması da əsas məsələdir. Ona görə də məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təmin olunması diqqətdə saxlanılır, müxtəlif dərnəklər yaradılır. Uşaq və gənclərin öz maraq və bacarıqlarına uyğun sahələrə yönləndirilməsində, asudə vaxtlarının səmərəli təşkilində dərnəklərin mühüm rolu var. Vaxtilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi üçün müasir bina istifadəyə verilmiş, müxtəlif dərnəklərin fəaliyyəti təmin olunmuşdur. Lakin XXI əsr elm, təhsil və innovasiya əsridir. Ona görə də mərkəzdə bu sahələrə uyğun yeni dərnəklərin yaradılması qərara alındı. Yaradılan şəraitlə tanışlıq zamanı bir daha aydın oldu ki, dərnəklərə böyük maraq vardır. Eyni zamanda, burada uşaqların maraqlarına uyğun hazırlanması səmərəli həyata keçirilir.

Ali Məclisin Sədri uğurlu fəaliyyətlərinə görə kollektivə təşəkkür edərək deyib: Gənclərin hərtərəfli hazırlanması qarşımızda duran mühüm vəzifədir. Ona görə də muxtar respublikada təhsilin bütün pillələri, eləcə də məktəbdənkənar təhsil üzrə müasir tədris şəraiti yaradılmışdır. Yaradılan şəraitdən düzgün istifadə etmək, uşaq və gəncləri vətənpərvər, təhsilli böyütmək, onlara peşə öyrətmək, istedadlarını üzə çıxarmaq etibarlı gələcəyimizə xidmət edir. Gənclər ali təhsil almaqla yanaşı, həm də maraqlarına uyğun bir sənət öyrənməli, yeni innovasiyaları mənimsəməlidirlər. Ona görə muxtar respublikanın rayonlarında da məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti gücləndirilməli, peşə məktəblərində və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə yeni innovativ dərnəklər yaradılmalıdır. Bu sahədə görülən işlərin nəticəsi olaraq gələcəkdə dərnək üzvlərinin əl işləri və bacarıqlarını nümayiş etdirən festivallar keçirilməlidir.

Ali Məclisin Sədri bundan sonra da mərkəzdə gənclərin hərtərəfli hazırlanacağına əminliyini bildirib, kollektivə gələcək işlərində uğurlar arzulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib