MƏDƏNİYYƏT


Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi özbək jurnalistinin Azərbaycanla bağlı şeirinə klip hazırlayıb

Daşkənd, 10 aprel, АZƏRTAC

Özbəkistanın "Mədəniyyət və Mərifət” telekanalının jurnalisti, şairə Nazira Boymuradova bu günlərdə "Məni məftun etdin can Azərbaycan" adlı şeir yazıb və Azərbaycan Mədəniyyət Mərkəzi bu şeirə klip hazırlayıb.

Xatırladırıq ki, bu yaxınlarda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bir qrup özbək jurnalistin Azərbaycana mediaturu olub və bu şeir də səfər zamanı yazılıb.

AZƏRTAC xəbər verir ki, şeirdə jurnalistlərin gəzdiyi bütün məkanların - Bakı və İçərişəhərin gəzməli-görməli yerləri nəzmə çəkilib, Xəzər dənizi, həmçinin Quba, Qusar, Şamaxı, Qəbələ o cümlədən Şahdağın adı çəkilib, bu yerlər poetik dildə vəsf edilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.