ELM VƏ TƏHSİL


Heydər Əliyev fenomeninin araşdırılmasına böyük ehtiyac var

Bakı, 8 may, AZƏRTAC

Azərbaycan Milli QHT Forumunun (MQF) təşkilatçılığı ilə Bakı Avrasiya Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş "Heydər Əliyev və vətəndaş cəmiyyəti" mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan universitetin tədris departamentinin müdiri Mənsim Məmmədov ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar universitetdə keçirilən silsilə tədbirlər barədə məlumat verib.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni Azərbaycan xalqının görkəmli oğlu, böyük dövlət xadimi Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaranmasında və formalaşmasında müstəsna xidmətlərindən bəhs edib. O, Ulu Öndərin ölkədə sabitliyin əldə olunmasında, gənclərin xaricdə təhsil almasında, müasir Azərbaycan dilinin inkişafında, Azərbaycan Respublikasının aqrar ölkədən sənaye ölkəsinə çevrilməsində və digər sahələrdə göstərdiyi tarixi xidmətlərindən danışıb. R.Zeyni Heydər Əliyev fenomeninin araşdırılmasına böyük ehtiyac olduğunu bildirib.

Tədbirdə digər çıxış edənlər müasir müstəqil Azərbaycan dövlətinin yaranmasında, inkişafında və dünyada tanınmasında Ümummilli Liderin əvəzsiz rolundan söz açıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.