Heydər Əliyev prospektinin “Bağırov” körpüsündən keçən hissəsində ayırıcı bordür inşa ediləcək
AzerTAg.az
Bakı, 30 iyun, AZƏRTAC
Paytaxt yollarında hərəkətin təhlükəsizliyi səviyyəsinin artırılması tədbirləri davam etdirilir. Bu çərçivədə Heydər Əliyev prospekti əsas yolun “Bağırov” körpüsü kimi tanınan yolayırıcı tuneldən keçən hissəsində ayırıcı bordürün inşası ilə bağlı layihə hazırlanıb.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, layihənin icrası prospektin bu hissəsində baş verən yol nəqliyyat hadisələri zamanı ölüm və xəsarət alma risklərinin minimuma endirilməsinə, piyada təhlükəsizliyi səviyyəsini daha da artırmağa imkan verəcək.
Müvafiq dövlət qurumlari ilə razılaşdırılan layihənin icrasına başlanılıb. Bu səbəbdən, yolun hər iki istiqamətində orta zolaqlar üzrə nəqliyyat axınında fasilələrlə müəyyən ləngimələr yarana bilər.
Sürücülərdən hərəkətin təhlükəsizliyi məqsədilə görülən işlərə anlayışla yanaşmaları xahiş olunur.


Xəbərin mətnində orfoqrafik səhv var